Etirazçı Babək sakini özünə qəbir qazaraq, aksiyaya başlayıb - ÇARƏSİZLİK...
Tarix: 24-07-2024, 11:45 |
Çap et
Babək rayon sakini Vəfadar Eyvazov özünə qəbir qazmaqla uzunmüddətli aksiyaya başlayır. Dia-az.İnfo xəbər verir ki, tənqidi fikirlərinə görə məhkəməyə verilən sakin yerli hakimiyyətin özbaşınalığına, qarşılaşdığı ədalətsizliyə etiraz edir.
V. Eyvazov bildirir ki, məhkəmə onu haqsız yerə həbs edərsə, həbsxanada ölüm aclığına başlayacaq. O deyir ki, elə, qəbiri də bu başdan həmin məqsədlə qazdırıb. Narazı sakinin tələbi tək bununla bitmir.
O, məhkəmədən günahkar məmurları cəzalandırılmasını tələb edir, əgər bu baş verməsə, ölüm aclığına evdə başlayacağını bildirir.