ETSN bu olaylara NİYƏ REAKSİYA VERMİR? - BİR ARAŞDIRAN OLSA...
Tarix: 5-08-2024, 10:50 |
Çap et
Ölkədə ekologiyanın müdafiəsi ilə məşğul olan fəallar bir neçə problemi qabardaraq diqqətə gəliblər Dia-az.İnfo bildirir ki, qaldırılan məsələlərin ciddiliyinə baxmayaraq, nədəns Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən gərəkən addımlar atılmır ki, bu da haqlı narazılığa səbəb olmaqdadır.
Biz isə Dia-az.İnfo olaraq EcoFront-un açıqladığı bir neçə gileyi təqdim edirik. Beləliklə...
***
İzləyicilərimizdən daxil olan məlumata görə Hacıqabul gölü yaxınlığındakı yulğunluq yerli çobanlar tərəfindən bilərəkdən yandırılır. Bildiyiniz kimi ötən il Hacıqabul gölünün bərpası ilə bağlı Milli Məclis yanındakı komitədə müzakirələr aparılırdı. Bu yulğunluqlar onsuzda qurumaqda olan göl ekosisteminin vacib parçasıdır.
VİDEOSU - BURADA . ... - bura tıklayın...
***
Növbəti faktda EcoFront səhifəsində qeyd olunur:
"İzləyicimiz yazır: “Yevlax rayonunun girişində Kür çayın boyunca salınmış şam ağaclığı kütləvi qırılır. Avtobus sürətlə hərəkət etdiyi üşün vaxt edib çəkə bilmədim.”
Aidiyyatı qurumlardan məsələni araşdırmağı xahiş edirik..."