Saatlı icra başçısı Hesablama Palatası yoxlayacaq - Siraqəddin Cabbarov çətin günlərini yaşayır - YEYİNTİ VAR
Tarix: 2-04-2014, 11:06 |
Çap et
DİA.AZ: - Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarova qarşı cinayət işi açıla bilər. Belə ki, neçə müddətdir mətbuatda adı bir çox maliyyə pozuntularında hallandırılan, konkret olaraq isə keçən il dövlət büdcəsindən ayrılmış vəsaitin təxminən 1 milyon manatı ilə bağlı şübhəli hesabatı ilə diqqətə gələn Siraqəddin Cabbarovun artıq hüquq-mühafizə orqanları üçün də «maraqlı fiqur» olduğu söylənilir.
Hər halda, bir icra başçısına qarşı konkret hüquqi tədbirin görülməsi üçün siyasi qərarın verilməsi vacib şərtdir. Belə bir qərar hələlik verilməsə də Saatlı RİH rəhbərinin kifayət qədər problemli günlər yaşadığı bildirilir.
Məlumatı dia-az.life-a ötürən qaynaq iddia edir ki, Saatlıda büdcə xərcləmələri ilə bağlı şübhələrin olması bu rayonun icra hakimiyyətinin Hesablama Palatası tərəfindən təftişinə gətirib çıxarıb: «Hələlik bu, başlanğıcdır. Ardından isə daha sərt tədbirlər görüləcək».
Qarşı tərəfi də dinləməyə hazırıq…