Rövnəq Abdullayevin adamı nurçulara saxta yolla tenderi qazandırıb - həbslər belə mümkündür
Tarix: 25-04-2014, 15:57 |
Çap et
DİA.AZ: - «Nurçuluqda adı hallandırılan məmurların təqibi bundan sonra daha da şiddətli formada davam edəcək. Hətta həbslər də mümkündür». Bu ilginc açıqlamanı DİA.AZ-a verən hökumət içindəki bilgili qaynağın iddialarından belə anlaşılır ki, yaxın günlərdə Fətullah Gülən camaatı ilə əlaqəsi olan məmurlarla bağlı sərt addımlar planlaşdırılır.
Mənbənin dia-az.life-a söylədikləri: «Konkret olaraq bu gün adı nurçu kimi hallandırılan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə bağlı ilginc plan hazırlanır. Onun yaxın çevrəsinə aid şəxslərdən birinin ARDNŞ-in strukturlarından biri ilə bağlı tender maxinasiyalarında iştirak etməsi və qanunsuz olaraq nurçulara aid şirkəti ARDNŞ tərəfindən rəsmi qaydada keçirilən tenderin qalib elan etməsi ilə bağlı araşdırma aparılır».
Mənbə iddia edir ki, araşdırmaların yekunu təkcə neft şirkəti əməkdaşının deyil, habelə ARDNŞ şefinin özünün də hədəfə çevrilməsilə nəticələnə bilər.
Onu da bildirək ki, DİA.AZ-a həmin ARDNŞ əməkdaşının və həmçinin nurçulara aid edildiyi iddia olunan şirkətin adı barədə bilgilər verilib. Sadəcə olaraq, müəyyən araşdırmalardan sonra daha dolğun informasiyanı diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…