Rafil Hüseynovun inşaat fəaliyyəti araşdırılır - Masallıya yoxlama gəldi - TƏLAŞ VAR
Tarix: 20-05-2014, 14:46 |
Çap et
Masallıda son dövrlər aparılan bütün tikinti işləri dayandırılıb. JAM.AZ-ın əldə etdiyi məlumata görə, buna səbəb Maliyyə Nazirliyinin əməkdaşlarının rayonda yoxlamalara başlamasıdır.
Mənbənin verdiyi xəbərdə deyilir ki, həmin yoxlamaların əsasən Masallıda tikilən ikinci Bayraq Meydanını (birinci Bayraq Meydanı rayon İcra Hakimiyyətinin binasının qarşısındadır), Ərkivanda inşa edilən «qala»nıv ə daha bir neçə işləri əhatə edir. Həmin iddiaya görə, gələn yoxlamadan narahat olan icra başçısı Rafil Hüseynov artıq bir neçə gündür ümumiyyətlə, iş otağından bayarı çıxmır.
JAM.AZ-a verilən məlumatda vurğulanır ki, Masallıda aparılan tikinti işlərində ciddi maliyyə pozuntuları ilə yanaşı, yeyintilərlə də bağlı məlumatlar rəsmi qurumlara daxil olub. Həmin məlumatlara əsasən də Maliyyə Nazirliyi ayrılmış pulların hansı təyinat üzrə xərcləndiyini araşdırmağa başlayıb.