Suriyadan Azərbaycana qayıtmaq istəyən 8 vətəndaşımızı vəhabilər güllələyiblər - «Cihad nağılı»na uyanlar peşman olublar
Tarix: 16-09-2014, 14:17 |
Çap et
DİA.AZ: - «Azərbaycandan Suriyaya gedənlərdən bəziləri vətənə qayıtmaq istəsələr də, bu, onlara baha başa gəlib». Bu barədə DİA.AZ-ın elektron ünvanına daxil olan məlumatda deyilir.
Mənbənin bildirdiyinə görə, Azərbaycandan Suriyaya döyüşmək üçün 300-dən artıq gənc gedib ki, onların da tən yarısının öldüyü bildirilir: «Amma onlardan geri dönmək istəyənlər də olub. Həmin azərbaycanlılar üzvü olduqları vəhabi dəstələrinin komandirləri tərəfindən öldürülüblər.
Təxminən 8 belə hadisə olub. Vəhabilər ona görə belə edirlər ki, digərlərinin də gözlərini qorxutsunlar. Təkcə geri qayıtmaq istəyən azərbaycanlılar yox, digər millətlər də öldürülüb».
Mənbə dia-az.life-a göndərdiyi məlumatında onu da vurğulayır ki, hazırda Suriya və Şimali İraq cəbhəsində 200-ə yaxın azərbaycanlı vəhabi savaşır: «Onlardan bəziləri hətta Kərkükdə azərbaycanlı qəsəbələrinə hücumlarda da iştirak ediblər. Yəni öz qardaşlarına güllə atıblar».