ŞOK: Xocalıda iki valideynini itirən 3 azyaşlının şəhid pulu mənimsənilib - Yetimlərin "prezident təqaüdü"nə kimlər göz dikdi
Tarix: 19-09-2014, 12:29 | Çap et
DİA.AZ: - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən dəhşətli soyqırım nəticəsində 25 azyaşlı hər iki valideynini itirib. Həmin faciə zamanı yüzlərlə uşaq valideyninin birini itirib, yüzlərlə insan itkin düşüb, minlərlə Xocalı sakini ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. Həmin vaxtdan etibarən Xocalı şəhidləri Azərbaycanın digər bölgələrinə köçürülüb, məskunlaşıb və müəyyən müavinətlərlə təmin edilib. Hadisə zamanı hər iki valideynini itirən 25 uşağın əksəriyyəti dövlətin diqqət mərkəzində saxlanılıb, onlara şəhid ailəsi statusu verilib və buna görə də körpələrə müavinətlər verilib.
Amma, DİA.AZ-a daxil olan müraciətdə bildirilir ki, hadisə zamanı hər iki valideynini itirən bir ailənin 3 övladı bu vaxta qədər heç bir müavinət, şəhid təqaüdü və sair imtiyazlardan istifadə edə bilməyib.
Bunu redaksiyamıza mraciət edən Xocalıdan olan məcburi köçkün, həmin dəhşətli hadisə nəticəsində hər iki valideynini itirmiş, 1977-ci il təvəllüdlü Əzimov Tofiq Həsənbala oğlu həmin ailənin övladlarından biridir. Dediyinə görə, Xocalı faciəsi törədilərkən onun 13 yaşı olub. Ailədə 7 uşaq olublar. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya qəfil hücum edərkən 7 uşaqdan 3-ü azyaşlı olub. Ailə başçısı Həsənbala və onun həyat yoldaşı ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. Böyük qardaşlarının köməkliyi ilə 3 azyaşlı ermənilərin əlindən xilas edilib: “Həmin dəhşətli gecədə ata və anamı qətlə yetirdilər. Onların meyitlərinin bir həftə ermənilərdən ala bilmədik. Bir həftədən sonra valideynlərimin meyitlərini alıb Ağdamda dəfn etdik. Mən və bir azyaşlı qardaşım və azyaşlı bacım qohumlarımın himayəsində böyüdük. Hadisə zamanı 11 yaşı olan bacım Sevil Əzimova 2000-ci ildə ailə həyatı qurdu. 26 yaşında həyat yoldaşını da itirdi və bu günə qədər 3 azyaşlı övladı ilə başsız qalıb. 3 qardaşım Xocalıda və digər rayonların müdafiəsində döyüşüb, yaralanıb. Amma, buna baxmayaraq bizim ailəyə heç bir yardım edilməyib”.
DİA.AZ-a danışan Tofiq Əzimov deyir ki, Xocalı faciəsindən sonar bir neçə rayonda müvəqqəti məskunlaşıblar. 2000-ci ildən Bakıya köçən ailə həmin vaxtdan burada yaşayır. Amma, nə şəhid ailəsi kimi, nə də Xoşalıdan olan məcburi köçkün kimi heç bir təzminat almır: “2000-ci ildə Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə müraciət etdim, komitə sədri Əli Həsənovla görüşmək istədim. Amma, komitənin bəzi vəzifəliləri mənim Əli Həsənovla görüşməyimə icazə vermədilər. Prezident Administrasiyasına müraciətimdən sonra Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindən məni quruma dəvət etdilər ki, Əli Həsənov qəbul edəcək. Amma, sonra dedilər ki, komitə sədri qəbul etmək istəmir”.
Şikayətçi deyir ki, komitədən onu Xocalı rayon İcra hakimiyyətinə göndəriblər ki, problem orada həll olunacaq. Amma, burda da, problem həllini tapmayıb. İcra Hakimiyyətinin o vaxtki başçısı, indiki millət vəkili Elman Məmmədov onu qəbul etsə də, problemin həllinə çalışmayıb: “Dəfələrlə müraciət etsəm də, Elman Məmmədov əvəlcə söz verdi, amma sonra maraqlanmadı. Həmin vaxtdan bura mənim döymədiyim qapı qalmayıb. Mənimlə birlikdə Xocalıda hər iki valideynini itirən hər bir uşağa ağlıq təqaüd verilir. Amma nə mənə, nə qardaşıma, nə də ailə başçısını itirən bacıma heç bir müavinət verilmir”.
Tofiq Əzimov deyir ki, 7 illik müraciətindən sonra ona, qardaşına və bacısına şəhid ailəsi vəsiqəsi verilib və onlar hər iki valideynini itirən azyaşlı kimi qeydiyyata götürülüb: “Bu 2007-ci ildə oldu. Həmin vaxtdan sonra dedilər ki, bundan sonra sizin hər birinizə şəhid ailəsi kimi aylıq pensiya veriləcək. Amma, 7 il keçib. Nə bizə təqaüd verirlər, nə də bir müavinət. Dəfələrlə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun qəbulunda olmuşam. Hər dəfə də vəd verirlər ki, problem həll ediləcək. Amma, bu günə qədər heç bir problem həll edilməyib. Şahmar Usubov məni dəfələrlə Xocalı şəhər icra nümayəndəsi Sovet Allashverdiyevin yanına göndərib ki, mənim problemim həll olunsun. Amma, Sovet Allahverdiyev və onun ətrafındakılar bu problemə həddindən artıq biganə yanaşır. Hər dəfə məni müəyyən bəhanələrlə aldadırlar və deyirlər ki bizə heç bir müavinət düşmür. Hər il Nərimanov rayon İcra Hakimiyyəti Xocalıda hər iki valideynini itirən uşaqların hər birinə 500 manat, 1000 manat birdəfəlik yardım ayırıb və Xocalı şəhər icra nümayəndəliyinə göndərib. Başqaları həmin pulu alıb, amma nə mən, nə qardaşım, nə də bacım bu pulu ala bilməyib. 2013-cü il fevralın 26-da həmin uşaqların hər birinə 12 min 500 manat birdəfəlik yardım paylanıb. Biz 3 uşağın bu puldan da xəbəri yoxdur. Kim alıb, kim mənimsəyib bilmirik”.
DİA.AZ-ın məlumatına görə, Tofiq Əzimov deyir ki, Xocalı faciəsində onlarla birlikdə hər iki valideynini itirən digər azyaşlılar buna görə aylıq “prezident təqaüdü” alırlar. Amma, nə özü, nə qardaşı, nə də bacısı bu təqaüdü ala bilmir: “Əvvəl deyirdilər ki, bizə şəhid ailəsi vəsiqəsi verilmədiyinə görə həmin təqaüd almırıq. Axı 2007-ci ildən bu vəsiqəni də almışıq. İndi niyə verilmir? Kim mənimsəyir bizim bu pullarımızı bilmirik”.
Şikayətçi çarəsiz qalıb məsələ ilə bağlı prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
|