Azərbaycanın üzərinə mühüm beynəlxalq misssiya yüklənə bilər - Rəsmi Bakıya Ukrayna-Rusiya cəbhəsində vasitəçilik təklif olunub
Tarix: 22-09-2014, 12:38 |
Çap et
DİA.AZ: - «Rusiya ilə Ukraynanın münasibətlərində Azərbaycan barışdırıcı tərəf kimi çıxış edə bilər». Bu ilginc iddia DİA.AZ-a diplomatik qaynaqlardan daxil olub.
Məlumatı verən mənbə iddia edir ki, həm rəsmi Kiyevlə və həm də Kremllə gözəl münasibətlərə malik olan Azərbaycana belə bir təklifi beynəlxalq təşkilatlardan biri tərəfindən ediblər.
Mənbənin dia-az.life-a söylədikləri: «Amma rəsmi Bakı bu barədə yekun qərarını verməyib. Azərbaycanı ona görə «barışdırıcı tərəf» kimi seçiblər ki, rəsmi Bakı Ukraynaya Krımın işğalı zamanı açıq dəstək verən bəlkə də yeganə MDB ölkəsi oldu. Hətta Azərbaycan bu məsələdə Rusiya ilə münasibətlərinin gərginləşəcəyini belə göz önünə alaraq Gürcüstan və Moldovadan da sərt formada Ukraynanın yanında dayandı. Nəticədə Ukrayna XİN-nin rəsmi veb-səhifəsində Azərbaycana bu addımına görə elə Azərbaycan dilində təşəkkür ünvanlandı.
Təbii ki, rəsmi Bakı mühüm məqamda vacib bir qərarını vermişdi. Amma buna rəğmən Rusiya ilə də müəyyən manevrlər hesabına münasibətlərit qaydasına salan Azərbaycan tərəfi bu gün Kremlə çox yaxın görünür.
Bunu isə Qərb dəyərləndirməkdədir və elə buna görə də Azərbaycan həm də keçmiş bir sovet respublikası olaraq Ukrayna-Rusiya danışıqlarında əsas vasitəçilərdən biri kimi çıxış edə bilər».