Müxalifət partiyalarından birinin sədrinə qarşı partiya üzvləri impiçment qaldırır - «Səndə bu qədər pul hardandır?»…
Tarix: 24-09-2014, 13:46 |
Çap et
DİA.AZ: - «Müxalifət partiyalarının biri ilə bağlı ilginc faktlar açıqlanacaq». Bildirək ki, bu şok məlumatı DİA.AZ-a çatdıran şəxsin özü də elə həmin təşkilatın üzvüdür və sadəcə olaraq adının çəkilməsini arzulamır.
Mənbə iddia edir ki, elə partiya üzvləri tərəfindən həmin müxalifət təşkilatının rəhbərliyinin ayrı-ayrı maliyyə qaynaqları açıqlanacaq.
Mənbənin dia-az.life-a söylədikləri: «Biz acından ölürük, ailəmizi dolandıra bilmirik, amma sədrimiz aya 40-50 min manat xərcləyir. Bu ədalətdirmi?».
Mənbə iddia edir ki, bu faktları açıqlamalarında heç bir siyasi səbəb yoxdur: «Yəni biz əvvəlindən düşündük ki, atacağımız addımı kimlərsə siyasiləşdirə bilər. Ona görə də ittihamlarımızı ehtiyatla hazırladıq. Özümüz partiyadan getmirik və bu qədər pulun hesabını soracağımız sədrimizin istefasını tələb edəcəyik».