Suriyada Hələb əyalətinin Türkiyə sərhəddində yerləşən kürdlərin məskunlaşdığı Kubani şəhərinə hücuma keçən terrorçuların arasında azərbaycanlı təkfrçilər də var.
Bu barədə SalamNews “İslam Dövləti” terror təşkilatı üzvlərinin “twitter” səhifələrinə istinadla xəbər verir.
Sözügedən sosial şəbəkələrdə Suriyada kürdlərin yaşadığı Kubaniyə edilən hücumları əks etdirən videolent nümayiş etdirilib. Videolentdən göründüyü və müşahidə edildiyi kimi “İslam Dövləti” terror təşkilatının sıralarında vuruşan azərbaycanlı təkfirçi vəhhabilər də az deyildir.
Videolentdə müşahidə edildiyi kimi “İslam Dövləti” terror təşkilatının (İŞİD) bir azərbaycanlı silahlısı digər yoldaşlarına “Qardaşım, qardaşım Allaha and olsun onlar nəcisdir, vur! Allah şahiddir ki, onlar nəcisdir” deyir.