Hacıbala Abutalıbov böyük fiaskoya uğradı - Bakı merindən gözləntilər özünü doğrultmadı
Tarix: 4-04-2015, 13:52 | Çap et
Son vaxtlar paytaxtdakı uşaq baxçalarının fəaliyyəti ilə bağlı dəhşətli özbaşınalıq halları ilə bağlı xəbərlər intensivləşib. Halbuki bir müddət əvvəl uşaq baxçaları Təhsil Nazirliyindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinin nəzarətinə verilərkən bu müəssisələrin fəaliyyətində ciddi dönüş yaradılacağına dair vədlər verilirdi.
Amma axır vaxtlar mətbuatda, sosial şəbəkələrdə uşaq baxçalarındakı qanunsuzluqlar və özbaşınalıqlar barədə yer alan məlumatlar, şikayət xarakterli müraciətlər vəziyyətin tam əksinə cərəyan etdiyini, yəni görünməmiş dərəcədə pisləşdiyini deməyə əsas verir. Elə dünən internet resurslarında uşaq baxçalarında durumun nə qədər acınacaqlı olduğunu bütün çılpaqlığı ilə göz önünə sərən yeni fakt açıqlanıb. Məlum olub ki, 115 saylı baxçada uşaqlara vaxtı keçmiş ərzaqlar verilir. Bu barədə "Facebook" sosial şəbəkəsində jurnalist Ləman Ələşrəfqızı yazıb: "Baxçada dünən uşaqlara iylənmiş ət veriblər. Bu gün təsadüfən valideynlərlə müəllimlərin mübahisəsinin şahidi oldum.Uşağı bağçadan götürəndə gördüm valideynlər müəllim və texniçkaları küncə qısıblar. Məni görəndə dərdləri təzələndi. Valideynin biri deyir ki, dünən uşağı gətirəndə görüb ətrafı iylənmiş ət iyi basıb. Deyib bu nədir bişirirsiz, bu iy nədir? Cavab çox qəribə olub. Gah deyiblər bayramdan sonradır, ət qalıb iylənib! ( Hərçənd, sovetin vaxtında dondurulmuş ətləri bir əsr boyu yeyirdin iylənmirdi), gah deyiblər narahat olmayın ətə dəfnə yarpağı vurmuşuq, iy gedəcək və s. Maraqlıdır ki, bu hadisələr bağça müdirinin məzuniyyətdə olduğu bir vaxtda baş verir.Müdiri isə anbardar əvəz edir ki, o da müdirin yaxın qohumudur. Faktı aşkarlayan valideyn həm də deyir ki, ötən il bu bağçadan gecə ərzaq oğurluğunu telefona çəkib, sadəcə o vaxtkı müdir çox yalvar-yapış etdiyi üçün məsələni şişirtməyiblər . Əgər valideynin dediyi həqiqətdirsə, onda təzə əti gecəynən satıb yerinə keyfiyyətsiz ət gətirmələri də istisna olunmur. Əlbəttə, bu mənim ehtimalımdır... İndi səbirsizliklə səhərin açılmasını gözləyirəm.Görək anbardarın cavabı nə olacaq?!" Dünən baxçaya yollanan Ləman Ələşrəfqızı deyilənlrin əyani şahidi olub: "115 saylı baxçada uşaqlara verilən xamanın, martın 20-də istifadə müddəti bitib. Bu gün aşbaz onu xörəyə istifadə etməkdən imtina edib. Anbara girib ətə də baxdım. Bir soyuducuda təzə ətdir, bir soyuducuda köhnə. Rəngi qapqaradır. Anbardara deyirəm bunu niyə verirsiz uşaqlara? Deyir qalığımdır daa. Deyirəm qalıqları məhz uşaqlara verməlisiz? Təzəni ver də! Nə isə… Deməli, baxçaları Təhsil Nazirliyindən alıb Bakı Şəhər İcra Hakimiyyətinə vermək heç nəyi dəyişmədi! Gərək özümüzü dəyişək. Oğru əlimizi, oğru nəfsimizi , vicdanımızı dəyişək!" Qeyd edək ki, paytaxtın uşaq baxçaları meriyanın tabeliyinə verildikdən sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu müəssisələrdəki neqativ halların aradan qaldırılacağını vəd etmişdi. Bununla belə hələ də uşaq baxçaları ilə bağlı xoşagəlməz məlumatların arası kəsilmir. Bu isə Abutalıbovun həmin müəssisələrin fəaliyyətində ciddi dönüş yaradacağına dair gözləntilərin faktiki olaraq fiaskoya uğraması deməkdir. Aydın görünür ki, uşaq baxçalarının meriyanın nəzarətinə verilməsi gözlənilən nəticəni doğurmayıb. Belədə isə Azərbaycanda fəaliyyət göstərən uşaq baxçalarının yenidən Təhsil Nazirliyinin balansına verilməsini istəyən ekspertlərin mövqeyini təqdir etməkdən başqa çıxış yolu qalmır. Hətta xeyli əvvəl belə məlumatlar yayılırdı ki, Təhsil Nazirliyi də uşaq baxçalarının bu qurumun balansına qaytarılması üçün müraciət etməyə hazırlaşır. Buna səbəb kimi, nazirliyin uşaq baxçalarının idarə edilməsində, eləcə də baxçalar və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyyə işinin təşkil edilməsində kifayət qədər təcrübəsinin olması göstərilir. Bildirilir ki, əgər uşaq baxçaları və məktəbəqədər təhsil müəssisələri uşaqların orta məktəbə hazırlıq prosesini həyata keçirirsə, nədən həmin müəssisələr Təhsil Nazirliyinin nəzdində olmasın? Kifayət qədər əsaslı arqumentlərdir. Eyni zamanda uşaq baxçalarının fəaliyyətindəki çatışmazlıqların dərinləşməsi də bu müəssisələrlə iş təcrübəsi olmayan BŞİH-in ayağına yazılmalıdır. Odur ki, ümid edək, uşaq baxçalarının fəaliyyəti ilə bağlı hökumət daxilində lazımi məsləhətləşmələr aparılacaq və onların normal, müasir tələblərə uyğun fəaliyyət göstərməsini təmin edəcək addımlar atılacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|