Elsevər Ağayevin nəzarət etdiyi səhiyyə sistemi belə çökür... - Əli İnsanovun kadrı daha necə olmalı idi ki...
Tarix: 13-05-2015, 11:04 | Çap et
DİA.AZ: - Bu gün səhiyyəs sisteminin bərbad durumu ilə bağlı yetərincə faktlar ictimailəşdirilib. Dövlətin ən çox qayğı göstərdiyi ünvanlardan biri, bəlkə də birincisi olmasına rəğmən səhiyyədəki problemlərin daha çox kadrlardan qaynaqlandığı heç şübhəsizdir. Buna görə də prezidentin, dövlətin diqqət göstərdiyi bu ünvandan şikayətlər səngimir.
Məlumdur ki, bu gün səhiyyə sistemində əsas fiqurlardan biri, həm də birincisi səhiyyə nazirinin müavini Elsevər Ağayevdir. Zamanında Əli İnsanovla külüng vurmuş, onun çirkli biznesini yönəltmiş Elsevər Ağayev sonradan Oqtay Şirəliyevlə də münasibətlərini qura bilir və bu gün səhiyyə sistemi - narazılıqların bitmədiyi səhiyyə sistemini Elsevər Ağayevin nəzarəti altındadır, desək, yanılmarıq...
Elə DİA.AZ olaraq "Gündəlik Bakı" qəzetində bir gündə iki ayrı-ayrı səhiyyə ocağında baş verən özbaşınalıqlarla bağlı hər iki materialı diqqətinizə təqdim etməkdə də məqsədimiz səhiyyədəki kadr yarıtmazlığına diqqət yönəltməkdən ibarətdir.
Vaqif Verdiyev xəstəxanadan əmlakı kimi istifadə edir
Ölkənin səhiyyə sistemində mövcud problemlər durmadan artır. Elə bir səhiyyə ocağı yoxdur ki, orada nöqsanlar olmasın. Belə tibb müəssisələrindən biri də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutudur. Bu tibb ocağında yaşanan problemlərlə bağlı tez-tez mediada geniş məlumatlar getsə də, sözügedən xəstəxanada hələ də müsbətə doğru irəliləyiş yoxdur.
Baş həkimi Vaqif Verdiyev olan xəstəxanada kifayət qədər nöqsanların olduğu deyilir. Bizə verilən məlumata görə, xəstəxana sanki bazarı xatırladır. Bildiyiniz kimi, dövlətin balansında olan tibb müəssisələrində xidmət pulsuz olmalıdır. Lakin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gələn xəstələr o qədər soyulurlar ki, bir gələn bir daha gəlmir. Hətta belə məsələlərlə bağlı kollegiya iclaslarında da iradlar tutulub. Göstərilən xidmət isə sıfıra bərabərdir. Bizə verilən məlumata görə, bu cür şəraiti Vaqif Verdiyev yaradıb. Hər ay xəstəxanadakı bütün şöbələrdən nəsə toplayır. Buna görə də həkimlər də xəstələri soğan kimi soyurlar. Təki Vaqif Verdiyevi razı sala bilsinlər. Etibarlı mənbələrin verdiyi məlumata görə, xəstəxanada həkim tapmaq müşkül məsələyə çevrilib. Çünki tibb ocağının həkimləri Vaqif Verdiyevin tələb etdiyini vermək üçün özəl klinikalara üz tutublar. Hər kəsə bəllidir ki, özəl klinikalarda tibbi xidmət həddindən artıq yüksəkdir. Ona görə də sözügedən tibb müəssisəsinin həkimlərini yalnız və yalnız özəl xəstəxanalarda tapmaq mümkündür. Xəstələr oranın həkimləri ilə danışdıqda onları özəl klinikaya dəvət edirlər. Xəstə isə məcburiyyət qarşısında qalıb özəl klinikaya üz tutur. Belə vəziyyət isə xəstələrin ciddi narazılığına səbəb olur. Çünki xəstələrin özəl klinikalara yüksək məbləğdə ödəniş etmələrinə imkanları olmur. Etiraz etdikdə isə həkim nə vaxt dövlət xəstəxanasında olacağı barədə məlumat vermir və məlumat verməkdən yayınır. Bundan başqa xəstəxanada adı olub, özü olmayan həkimlər qeydiyyatdadır. Verilən məlumata görə, Vaqif Verdiyev öz qohum--əqrəbasının adını yazdırıb, onların məvaciblərini mənimsəyir. Bu da onu göstərir ki, neçə -neçə savadlı həkimlər işsiz qalıb. Verdiyev kimilər isə bu yolla qazanc əldə edirlər. Hətta deyilənə görə adi kurs keçmiş, nəinki ali təhsilli, heç orta ixtisas təhsili olmayan şəxsləri nəyinsə müqabilində tibb bacısı kimi işdədirlər . Belə tibb bacılarından hansı keyfiyyətli xidməti gözləmək olar? Belə şəxslər xəstələrə yalnız ziyan verə bilər. Bundan başqa, bizə verilən məlumata görə, tibbi savadı olmayan və nəyinsə müqabilində işə götürülən tibb bacıları xəstələri bir otaqdan digər otağa apardıqda, sistem qoyduqda açıq şəkildə xəstənin yaxınlarından pul tələb edirlər. Vermədikdə isə xəstəylə kobud davranırlar. Ona görə də xəstəxanada vəziyyət həqiqətən də dözülməz hala çatıb. Artıq müvafiq qurumlar bu məsələdə aktiv olmalıdırlar. Sözügedən xəstəxanaya ciddi nəzarət edilməlidir. Baş həkimin fəaliyyətindəki nöqsanlar tibb müəssisəsində daha böyük problemlərin ortaya çıxmasına gətirib çıxaracaq. Verdiyevin apardığı siyasət rəhbərlik etdiyi xəstəxanada özbaşınalığın ifrat dərəcəyə çatmasına, tibbi personalın xəstəxanada özbaşınalığına gətirib çıxarıb. Pasiyentlərə diqqətsizlik, laqeydlik, məsuliyyətsizlik baş alıb gedir.
İsrafil Məmmədovun fəaliyyəti rayon sakinlərini narazı salıb
Hər kəsə məlumdur ki, bir sıra rəhbər şəxslər onlara olunan etimaddan sui-istifadə edirlər. Xüsusilə də tibb sahəsində rəhbər vəzifələrə gətirilən şəxslər öz vəzifələrindən sui-istifadə edirlər. Nəticədə isə bu sahədə çatışmazlıqlar və nöqsanlar durmadan artır. Bu da vətəndaşlar arasında ciddi narazılığa səbəb olur. Xüsusilə də bölgələrdə durum qənaətbəxş deyil.
Salyan Rayon Mərkəzi Poliklinikasında vəziyyət heç də yaxşı deyil. Belə ki, sözügedən tibb ocağında bir dənə həkim tapmaq mümkün deyil. 2-3 saat poliklinikada vaxt keçirib çıxıb gedirlər. Belə olanda isə xəstələr səhhətləri ilə bağlı hara müraciət edəcəklərini bilmirlər. Salyan camaatı bildirir ki, günün günorta çağı poliklinikada bir dənə də olsun həkim tapmaq mümkün deyil. Biz bilirik ki, dövlət balansında olan tibb ocaqlarında tibbi xidmətlər pulsuz olmalıdır: "Ona görə də həkimə gedərkən heç nə vermirəm. Bu səbəbdən də məni hər dəfə yoxlayırlar və bildirirlər ki, səhhətində heç bir problem yoxdur. Bir də buralığa gəlmə. Amma evdə halım pisləşdiyindən məcbur olub yenə bura üz tuturam. Amma məni əməlli-başlı müayinə etmirlər. Düzgün diaqnoz qoymurlar. Düzgün müalicə etmirlər. Ona görə də səhhətimdəki problemlər günü-gündən pisləşməyə doğru gedir. Xahiş edirəm, lazımi orqanlara səsimi çatdırın. Salyanda yaşlı insanlara hörmət etmirlər. Dövlətin bizə pulsuz ayırdığı dərmanları ala bilmirik. Xəstəxana bu dərmanları mənimsəyir".
Şikayətçilər bildirirlər ki, dərmanları Salyan Rayon Mərkəzi Poliklinikasının müdiri İsrafil Məmmədov apteklərdə satdırır. Gələn gəliri isə şəxsi maraqları üçün istifadə edir. Şikayətçi bildirir ki, sağlamlıq haqqında arayışı əli cibində olanlara iki dəqiqəyə yazıb verirlər. Amma əli cibində olmayanları get-gələ salırlar. Bütün müayinələrdən keçirirlər. Hər müayinə zamanı isə soğan kimi soyulursan. Poliklinika müdirini yalnız və yalnız öz maraqları düşündürür. Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi adını çəkdiyimiz tibb ocağında həkimlərin özbaşınalığı baş alıb gedir. Poliklinika müdiri tibb müəssisəsini nəzarətsiz qoyduğundan, həkimlər də bundan yararlanırlar. Ona görə də Salyan Rayon Mərkəzi Poliklinikasında özbaşınalıq yaşanır. Orada qanunsuz əməllərə yol verirlər. Bu səbəbdən də müvafiq qurumlar sözügedən xəstəxanada ciddi yoxlamalar aparmalıdırlar. Əks halda poliklinikanın fəaliyyəti rayon sakinlərini pis duruma salacaq. Çünki yaşlı və xəstə sakinlərin digər rayon xəstəxanalarına üz tutmağa maddi imkanları yoxdur.
Bütün bunlar onu göstərir ki, poliklinika müdirinin kimdənsə çəkinəcəyi yoxdur. Rayon sakinləri dəfələrlə müdirə bildiriblər ki, yuxarı orqanlara sizdən şikayət edəcəyik. Lakin İsrafil Məmmədov isə sakinlərə nə edirsiniz edin deyib. Heç kəsdən qorxmuram deyib. Bu da onu göstərir ki, bu şəxsi himayə edən kimsə var. Əks təqdirdə bu cür rahatlıqla danışmazdı. Vətəndaşların şikayətlərini nəzərə alıb sizdən xahiş edirik ki, müvafiq qurumlar bu məsələdə fəallıq nümayiş etdirsinlər.Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfləri də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|