Hacı İbrahim Rəsul Quliyevə 500 min manat veribmi? - ŞOK FAKTLAR
Tarix: 19-05-2015, 11:06 | Çap et
Xəbər verildiyi kimi, Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin vəzifəsindən kənarlaşdırılmasından sonra bir sıra tanınmış iş adamlarının həbsi, bir çoxlarının isə istintaqa cəlb edilməsi və s. addımlar atılmışdır. “Təzadlar” həm ötən sayında, həm də qəzetin rəsmi saytında bu barədə maraqlı materiallar verildiyindən, başqa bir məqama işıq salmaq istərdik. Söhbət bəzi KİV-lərdə dünyanı zəlzələyə salan, hətta ərəb şeyxlərinin belə onun biznes fəaliyyətinə həsəd apardıqlarını, daim zəlzələdən titrəyən Xəzərdə guya hündürlüyü 1000 metrə çatacaq göydələnlər inşaa edəcək Hacı İbrahim Nehrəmlidən gedir... Bildiyiniz kimi, dünən onu da “Banditizm”də saatlarla dindiriblər və hələ də onun harada olması barədə heç bir rəsmi məlumat yoxdur. Amma faktdır ki, Hacı İbrahim dindirilib. Bu gün “Təzadlar”ın elektron poçtuna daxil olan bir məktubda olduqca maraqlı faktlar yer alıb. Müəllif yazır: “Hamı bilir ki, Hacı İbrahim nə qədər adamların və ya sahibkarların müflisləşməsinə bais olub. Hətta onun 2013-cü ildə külli miqdarda pulunu aldatma yolu ilə əlindən aldıqdan sonra həbs etdirdiyi Rusiyalı iş adamı Hümbət Məmmədovun başına nə müsibətlər gətirdi. İndi Hümbət həbsxanada, ailəsi isə bədbəxt gündədir... Bunu Allah götürməzdi. Hətta sizin qəzetdə H.Məmmədovun Prezidentə müraciəti dərc olunmuşdu həmin dövrdə... İmkan olsa, həmin müraciəti təkrar gündəmə gətirin. H.Məmmədovun məhkəməsində də açıqlandı ki, Hacı İbrahim Rəsul Quliyevə hakimiyyətə gəlmək üçün 500 min manat pul verib, hətta özünə və İbrahimov qardaşlarına xüsusi rabitə telefonları alaraq Rəsul Quliyevlə danışıb və s. İndi bildiyimə görə, Hacı İbrahim ayrı-ayrı iş adamlarının şikayətləri əsasında saxlanılıb və dindirilib. Şikayətçilər arasında Ərəb Şeyxləri də var. Hacı İbrahimin yaxınlarının bildirdiyinə görə, o, bir neçə dəfə ərəb iş adamlarını Bakıya dəvət edib, özü Dubayda olub, onları inandırıb ki, Xəzərdə böyük şəhər salır və onların etibarını qazanıb külli miqdarda pullarını alıb... Sonradan məlum olub ki, heç əlli il keçsə də Hacı İbrahim bu işi başa çatdırası deyil. Çünki alınan pullar ortada yoxdur... Və bir fakt da deyim: hazırda MTN və istintaq orqanları Hacı İbrahimin Rəsul Quliyevə verdiyi həmin pulun taleyini və məqsədini də araşdırır...”. “Təzadlar” yuxarıda adı çəkilən iş adamı, hazırda həbsxanada yatan H.Məmmədovun 2013-cü ildə Prezident İlham Əliyevə, MTN naziri E.Mahmudova, Baş Prokuror Zakir Qaralova və digər yüksək vəzifəli məmurlara yazdığı və “Təzadlar”a göndərdiyi həmin müraciətini çapa hazırlayır. İnanılmaz faktları təkrar oxuduqca Hacı İbrahimin dünən istintaqda dindirilməsinin səbəblərinə işıq salınır... Hümbət Məmmədovun və Hacı İbrahim İbrahimlinin digər şəriki Vaqif Bağırovun adına “Sputnik” telefonu alıb Bakıya gəlişini koordinasiya etmək üçün Rəsul Quliyevlə danışan kim olmuşdu?
Xatırladırıq ki, uzun illər Rusiyada çalışmış və özünə karyera yaratmış “Alyans” Şirkətinin Prezidenti H.Məmmədov 2004-cü ildə Bakıya qayıdır. Hansı ki, həmin dövrlərdə “Alyans” Rusiyanın “Qazprom” Şirkətinin 12 operatorundan biri kimi olduqca işgüzar və çoxsahəli fəaliyyətlə məşğul olub... Lakin Azərbaycana qayıtmağı və Hacı İbrahimlə şərikli fəaliyyətə başlaması ilə hər şey alt-üst olur. Belə ki, H.İbrahimli yüksək çinli məmurlara vermək adı altında şəriki, “Alyans” Şirkətinin rəhbəri H.Məmmədovun etibarından sui-istifadə edərək onun 12 miyon manat pulunu mənimsəyir və s. Elə 2013-cü ildə Bakı İstintaq Təcridxanasında saxlanılan müttəhim Məmmədov Hümbət Asan oğlu “Təzadlar”a sensasiyalı məktub-müraciət göndərmişdi... Qəzetimizin arxivində həmin mətn olduğu kimi qalır. Müraciət ölkə Prezidenti İlham Əliyevə, Baş Prokuror Z.Qaralova, MTN naziri E.Mahmudova, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ünvanlı idi. Aşağıda Məmmədov Hümbət Asan oğlunun 2013-cü ildə Bakı İstintaq Təcridxanasından “Təzadlar”a göndərdiyi müraciətini təqdim edirik: Bakı İstintaq Təcridxanasında saxlanılan, müttəhim Məmmədov Hümbət Asan oğlu tərəfindən MÜRACİƏT Çox hörmətli cənab Prezident! Hörmətli cənab nazirlər, cənab sədr, hakimlər və prokuror! Bu müraciət-ifadəmlə səmimi olaraq həbsimə səbəb olan hadisənin necə baş verdiyini və əsil səbəbini aydınlaşdıracağam. Mən uzun illər Rusiya Federasiyasında çalışaraq (Mənə məxsus “Alyans” şirkəti neft-qaz avadanlığının satışı ilə məşğul olurdu. Rusiyanın Qazprom şirkətinin 12 operatorlarından biri idi) küllü miqdarda pul (8 mln. ABŞ dolları) qazanmışdım. 2004-cü ildə uşaqlarım böyüdüyü üçün Bakıya qayıtmağı qərara aldım. Bakıda ilk gördüyüm adam Əflatun Piriyev olmuşdur. Mən ondan soruşdum, dedi ki, Bakıda ən yaxşı biznes tikinti biznesidir və o, məni hacı İbrahimlə (İbrahim İbrahimovla) tanış elədi və dedi ki, yuxarıların ən yaxın adamlarından biridir. Hacı İbrahim mənə dedi ki, sərmayəni sən qoyursan, amma 50-nin 50-yə işləyirik, ona görə ki, başqa nə problemin olsa bizneslə əlaqədar hamısını mən həll edəcəyəm. Mənə dedi ki, Rabitə Nazirliyinə məxsus 68 sot torpaq sahəsi var, 850 min dollara deyirlər, özəlləşməsi ilə birlikdə. Dedi ki, bir-iki aya sənədləşdirib tikintiyə başlaya bilərik. Əflatun dedi ki, yaxşı yerdir. Mən razı oldum. Əflatunun vasitəsi ilə 850 min dolları verdim Hacı İbrahimə (nə biləydim ki, hacı İbrahim bir ildən çox imiş ki, işçilərinin maaşını verə bilmirmiş. Sonradan torpağın qiymətini də 1,2 milyon dollara qaldırıb 350 min dolları isə ev şəklində özü verdi). Əflatuna etibarnamə verib, tapşırdım ki, mənə məxsus “Alyans” şirkəti ilə hacı İbrahimə məxsus “Avesta” şirkəti ilə müştərək (50 %-Avestanın, 50 %-Alyansın) şirkət yaratsın və alınacaq torpaq sahəsini bu şirkətin adına rəsmiləşdirsin. Özüm isə Rusiyaya işimin arxasınca getdim. “Mən Əflatuna öz narazılığımı bildirdim və dedim ki, mənim 850 min dollar pulumu geri qaytarsın”
Möhtərəm cənablar! Həmin dövrdə, yəni mən Əflatunla tanış olanda onun 15 min dollarlıq bir “Mersedes”i, bir evi var idi və hacı İrahimin yanında 500 dollar maaşa işləyirdi, heç vaxt onun şirkətində vitse-prezident olmayıb. Əflatuna dedim ki, 500 dollar ayda maaş verəcəm, tikinti başlayana qədər, sonrasını danışarıq. Razılaşdıq. Arasından 8 ay keçməsinə baxmayaraq, hələ də torpağın sənədləri hazır deyildi. Mən Əflatuna öz narazılığımı bildirdim və dedim ki, mənim pulumu geri qaytarsın. Əflatun çox pis oldu və dedi ki, bu saat onsuz da hacı İbrahimdən pul ala bilməyəcəksən, ona görə ki, onun pulu yoxdur. Mən dedim ki, torpağa verdiyim pulu istəyirəm ondan, borc istəmirəm ki. Sonra mənə hacı İbrahim dedi ki, görüşmək lazımdır. Biz görüşdük. Mənə təklif elədi ki, “Avesta” binasının arxasında boş torpaq sahəsi var, yarısını mən almışam, geridə qalan yarısını isə 500000 dollara deyirlər, gəl onu al həmin tikintiyə başlayaq. Ona kimi “Papanin”dəki torpağın sənədləri hazır olar. Həmin torpaq “Bənna” MTK-ya məxsus idi. Əflatun mənə dedi ki, yaxşı yerdir, bütün sənədləri hazırdır, razı ol. Mən çarəsiz qalıb razı oldum, ona görə ki, fikirləşdim, əgər o biri torpaq düzəlməsə, ora verilən pulu buradan götürərəm. 500 min dolları verib həmin işə başladıq. “2004-2006-cı illər ərzində Əflatun Piriyevə 1 mln dollara qədər pul hədiyyə etmişəm və 2 ədəd “Leksus” CİP avtomaşını, nömrələri “007”, “009””
Tikintinin aparılmasını və evlərin satışını Əflatuna tapşırdıq. Ayda da 2000 dollar maaş verirdik... Həmin tikintiyə hacı İbrahimlə mən şərik idik. Əflatunun ora heç bir şərikliyi yox idi. Bunun üçün “Azərross” MTK kooperativi yaradıldı. Orada Əftatun Piriyevin 20 % təsisçilik payının olmasını mən bu hadisə olandan sonra bildim. Ona olan etibarımdan sui-istifadə edib özünü təsisçi edibmiş. Həmin tikintidən Əflatun Piriyevə 400 m2 mənzil, 4 ədəd qaraj verdim, hədiyyə olaraq. M.Muxtarov-145 ünvanda inşa olunan binanın tikintisini də Ə.Piriyevə tapşırdım, satışını da həmçinin, ayda 2000 dollar maaş verirdim. Tikinti qurtarandan sonra isə 206 m2 mənzil, 2 qaraj hədiyyə etdim ona. Onu da 300.000 manata satıb, başqa bir ev aldı. “Hacı İbrahimi “kitay” vətəndaşlarına qarşı dələduzluq etdiyinə görə, əlini qandallayıb Bakı şəhəri Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparmışdılar...”
Bütün bunlardan əlavə, 2004-2006-cı illər ərzində Əflatun Piriyevə 1 mln dollara qədər pul hədiyyə etmişəm və 2 ədəd “Leksus” CİP avtomaşını, nömrələri “007”, “009”. Hansı ki, yoldaşımın adından onun adına keçirilib. Həmin ərəfədə hacı İbrahimi “kitay” vətəndaşlarına qarşı dələduzluq etdiyinə görə, əlini qandallayıb Bakı şəhəri Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparmışdılar. Əflatun mənə dedi ki, yazıqdır, kömək elə, tutacaqlar. Şəxsən özüm gedib özümü onun vəkili kimi təqdim edib onun “kitay”lılara olan 230.000 dollar borcunu ödəyib, həbsdən qurtardım. Mənə dedi ki, yaz borc dəftərinə, tikintidən götürərsən. Hacı İbrahim məndən xahiş elədi ki, deputat seçkilərində ona sponsorluq eləyim. 350.000 dollar da onda verdim. Yenə dedi ki, tikintidən götürərsən. Bu pulların hamısını Əflatun Piriyevin qarantiyası ilə vermişdim. 2006-cı ilin axırlarında Əflatun Piriyevlə mənim söhbətim oldu. Dedim mən pulumu haradan götürəcəyəm? Hacı İbrahim Teymur Əliyev-67\71 də tikilən binadan öz payını artıqlaması ilə götürmüşdü. Cavabında mənə dedi ki, narahat olma, onun haqqında elə şeylər bilirəm ki, əgər lazımı adamlar bunları bilsə, onu məhv edərlər. (Həqiqətən də hacı İbrahim Əflatun Piriyevdən çox çəkinirdi). Dedi ki, sən narahat olma, pulun batmaz. Elə həmin vaxtlar “Papanin”dəki torpağın sənədləri hazır oldu. Mən Əflatuna dedim ki, torpağı satın, pulumu götürüm, daha işləmək istəmirəm. Əflatun mənə dedi ki, bu saat sən pulunu hacı İbrahimdən götürə bilməyəcəksən, yaxşısı budur ki, tikintiyə başlayaq. Yenə də çarəm qalmadı, razı oldum. Elə oldu ki, bizim aldığımız 68 sot ərazi kvadrat şəklində deyildi. Ona bitişik 30 sot torpaq sahəsini də almaq lazım gəldi. 1,2 mln. dollara aldıq. Onun pulunu hacı İbrahimlə Teymur Əliyev küçəsində tikilən binadan verdik. Bundan əlavə, 200 min dollar da özəlləşməsinə verildi. 2006-cı ilin axırlarında 30 sot torpaq sahəsi 1,4 mln dollara başa gəldi. 68 sot torpağın özəlləşməsinə isə 400 min dollar verdik. Yəni, 98 sot torpaq sahəsi, cəmi 3 mln. dollara başa gəldi. Hacı İbrahim dedi ki, sərəncam almaq üçün 1,2 mln. dollar lazımdır. Sonra dedi ki, mən cavabdehəm, sərəncam olmadan tikintiyə başlayın. Evlərin satışından verək həmin məbləği. Tikintiyə 2007-ci ilin əvvəlində başladıq. 1,2 milyon dolları verdik. 2-3 ay keçməmiş İbrahim İbrahimov dedi ki, 1,2 mln. dollar yenə istəyirlər, yoxsa tikintini dayandıracaqlar. Həmin məbləği də verdik. Bu yollarla hacı İbrahim məndən 1,2 mln-dollar əvəzini 6 mln. dollar pul götürdü. Tikintinin rəhbərliyini Əflatun Piriyevə tapşırdıq, ayda 2000 dollar maaş almaq şərti ilə. 2007-ci ilin axırlarında hacı İbrahim mənə dedi ki, guya siyahı tutulub, bizim şirkət də oradadır. Biz 2 mln. dollara H.Əliyev Fondu üçün məktəb tikintisi üçün pul köçürməliyik. Mən ona dedim ki, axı pul yoxdur, haradan götürəcəyik? Dedi, özün bilərsən, verməsən, bütün biznesimizi dayandıracaqlar. Məcbur olub Beynəlxalq Bankdan 2,3 mln. dollar kredit götürüb, 1 mln. dolları hacı İbrahimə verib, qalanını tikintiyə xərclədik. Qalan 1 mln. dolları özümdən verdim. Məni əmin etdi ki, bizə iş verəcəklər, oradan qoyduğumuz pulu artıqlaması ilə götürərik. Mən inandım. 2008-ci ilin ortalarında Əflatun Piriyev mənə dedi ki, o da şərik olmaq istəyir. Söylədi ki, məni də şərik elə, hacı İbrahim mənlikdir, yoxsa onunla bacarmayacaqsan. Mən hacı İbrahimə deyəndə ki, Əflatun Piriyevi şərik eləyək, o özündən çıxıb çox hirsləndi. Mənə dedi ki, ayda (10-15) min dollar maaş ver, amma onu şərik eləmə. Hələ onu tanımırsan. O çox paxıl və mərdimazar adamdır, sonra başımıza oyun açacaq... Mən dediyimin üstündə durdum. Dedim 10 % mən verirəm, 10 faiz də sən ver. Birtəhər razı saldım hacı İbrahimi. 2008-ci ilin avqust ayında Əflatun Piriyevi yeni yaradılacaq “Azərross” MTK kooperativinə 20 % payı olmaqla təsisçi qəbul elədik. “Alyans” şirkətinin 50 % təsisçilik payından Əflatun Piriyevə- 10 %, “Avesta” konsernin 50 % təsisçilik payından -10% Əflatun Piriyevə verildi. Bu şərtlə verildi ki, guya yerin qiymətini, yəni 4 mln. manat (2007-ci ilin dekabrında 4 mln. manat qiymət edilmişdi) 10 %-”Alyans”a, 10%-”Avesta”ya ödəmişdir. Amma indiyə kimi ödəməyib. “Dedi ki, “Hacı İbrahim sənin o vaxt “Papanin”də torpağa verdiyin pulun 500 min dollarını Rəsul Quliyev Bakıya gəlmək istəyəndə dövlət çevrilişi etmək istəyirdilər, ona xərcləyib.” Əflatun Piriyev təsisçi qəbul olunana kimi, yəni 2008-ci ilin avqust ayına kimi kompleksin 5 mərtəbəsi (1mərtəbə qeyri-yaşayş, 4 mərtəbə yaşayış, 100 qaraj) inşa olunmuşdur. Əflatun Piriyevin şərikliyi ancaq 16-19 mərtəbəyə şamildir. Bütün problemlər də elə o təsisçi olan gündən başladı. Hacı İbrahim mənimlə Əflatunun xoş münasibətini görüb, başladı aranı vurmağa. Hər şeyin üstü 2010-cu ilin avqustunda açıldı. Hacı İbrahim məni yanına çağırıb dedi ki, Vaqif Bağırov ona 3 mln. manat pul atıb və mənə sənədlər göstərdi. Dedi ki, onu tutduracağam. Həmin dövrdə Vaqif Bağırov həm “Azərross İK” MTK-nın, həm də “Avesta” konserninin baş mühasibi işləyirdi. Mən hacı İbrahimin dediklərini Əflatuna danışdım. Əflatun mənə dedi ki, o heç vaxt Vaqifi tutdura bilməz. Mən ona dedim ki, axı sənədləri özüm görmüşəm. Əflatun dedi ki, hacı İbrahim əgər Vaqif Bağırovu tutdursa onda özünü də tutacaqlar. Dedi ki, sənin bilmədiyin çox şeylər var və başladı danışmağa. Dedi ki, “Hacı İbrahim sənin o vaxt “Papanin”də torpağa verdiyin pulun 500 min dollarını Rəsul Quliyev Bakıya gəlmək istəyəndə dövlət çevrilişi etmək istəyirdilər, ona xərcləyib. Ondan əlavə də 300 min dollar yenə xərcləyib. Mən şəxsən, adıma olan telefondan zəng etmişəm Rəsul Quliyevin yaxın adamlarına və 500 min dolları vermişəm. 300 min dolları isə Vaqif Bağırov verib. Bundan əlavə, Hacı İbrahim mənim və Vaqifin adına “Sputnik” telefon almışdı- birini özünə, birini isə qardaşı Nazim İbrahimova, Rəsul Quliyevlə danışmaq üçün və Bakıdakı dövlət çevrilişini təşkil etmək üçün. Bunları prezident bilsə, hacı İbrahimi məhv edərlər...” Sonra dedi ki, “Hacı İbrahim kassadan götürdüyü... 5 mln. dolları Baksovetə verməyib. Vaqifə deyib ki, bu sirri Hümbətə açma, sənə 2 mln. dollar verəcəyəm. Vaqif də görüb pulu vermir, o yolla öz halal pulunu götürüb... Səndən və kassadan götürdüyü 2 mln. dolları sənə H.Əliyev Fondunun adını çəkib, ora verməyib. Bunu bilsələr onu yer üzündən silərlər”. Mən Əflatuna dedim ki, onun belə adam olduğunu bilirdinsə, niyə məni onunla tanış edirdin? Mənə o qədər pul borcludu, nə cür alacam? Mən dedim ki, heç torpağa verilən pulu götürməmişəm, plyus, hacı İbrahimin mənə olan borcu 580.000 dollardı. Əflatun mənə dedi ki, o pulları mən sizə şərik olandan əvvəl vermişəm, mənə aidiyyəti yoxdur, o qədər artıq pul götürüb, get nə cür istəyirsən sən al, mən qarışmıram. Mən ona dedim ki, axı sən şahid dururdun ona pulu verəndə, niyə belə oldu? Dedi özünüz bilərsiniz. Əlavə olaraq bildirirəm ki, mən Əflatun Piriyevin Rəsul Quliyev barəsində dediyi sözləri hacı İbrahimə çatdırdım. Məsləhət gördüm ki, konfliktə girməsin. Hacı İbrahim isə mənə dedi ki, “Əgər Vaqif Bağırovla Əflatun Piriyev birləşsə, bizim axırımıza çıxacaqlar...”. Mən ondan soruşdum: mənə nə aidiyyəti var bu məsələnin? Hacı İbrahim mənə dedi ki, “Sənin xəbərin yoxdur, Əflatun Piriyev mənim başımı xarab edib ki, gəl Hümbət Məmmədovu şəriklikdən çıxardıb, 40 % payını bölək... Amma sən arxayın ol, onların ikisini də aradan götürəcəyəm onsuz da...”. Amma mən bu sözə heç bir məna vermədim. Sonra isə mənə dedi ki, gəl, barışdır bizi... Mən də ona inanıb Vaqif Bağırova dedim ki, konflikt yaratmayın, gəlin sizi barışdırım. Vaqif razı oldu və öz vəkili Qurban Məmmədovla birlikdə hacı İbrahimin Primorskidəki ofisində dördümüz görüşdük. Mən tələsirdim və tez onları tərk elədim. Hansısa sənəd imzaladılar, xəbərim olmadı. Əflatun Piriyev həmin dövrdə mənə qarşı çox pis mövqe tutmuşdu. Mən bilirdim ki, hacı İbrahim onu yoldan çıxardır, mənə qarşı yönəldir. Mən bu barədə yaxın dostlarımız Zakir və Elçinlə dəfələrlə söhbət eləmişik, xahiş eləmişəm ki, Əflatun Piriyevi başa salsınlar, düzgün hərəkət eləmir, Hacı İbrahim onu yarı yolda qoyacaq. Hətta bu barədə Hüseyn Yadigarovla da çox söhbətiimiz olub, qaynı Məmmədlə də çox söhbətimiz oldu. Təəssüflər olsun ki, bu söhbətlərin heç bir nəticəsi olmurdu... 2011-ci ilin əvvəllərində isə hesabata baxanda gördüm ki, şərik olandan sonra yenə də Əflatun Piriyev özünə 2000 dollar maaş yazır. Mən ona dedim ki, axı səni şərik eləmişik, özünə niyə maaş yazırsan? Mənə dedi ki, mən nə istəyirəm, onu da edəcəyəm, sən kimsən? Gördüm konflikt yaranacaq, fikirləşdim ki, o qədər pul itirmişəm, bu da cəhənnəmə olsun... Verginin və FHN-nin məsələsi isə mənim üstümdə idi. Ayda elə olurdu ki, 100 min, elə olurdu ki, 20 min manat pul ödəməliydik qrafikə əsasən... Həmin ərəfədə belə qərara gəldik ki, kassadan pul götürməyək, gələn pul ancaq tikintiyə xərclənsin.
“Mən də hacı İbrahimə bildirmək istəmirdim ki, onun 7 mln. dolları necə oğurladığını bilirəm...” Möhtərəm Prezident! Hörmətli nazirlər, cənab sədr və prokuror! Mən lap çıxılmaz vəziyyətdə qalmışdım. Vergi problemi bir yandan, FHN problemi bir yandan, bank problemi də ki, bir yandan düşmüşdü üstümə. Hamısına da pul verilməliydi hər ay. Əflatun Piriyevə deyirdim ki, pul lazımdır, deyirdi ki, get hacı İbrahimdən al, sizin probleminizdir, mən qarışmıram... Hacı İbrahimə deyəndə ki, pul lazımdır-deyirdi ki, mən pul verməyəcəyəm, gedin evlərdən satın verin. Mən də hacı İbrahimə bildirmək istəmirdim ki, (hələlik) onun 7 mln. dolları necə oğurladığını bilirəm... “Hacı İbrahim mənə dedi ki, “Rusiyada işləyən adamsan, bir nəfər tap, qoy Əflatun Piriyevin lazımınca “dərsini versin”, bəlkə bundan sonra ağlı başına gələ”
Həmişə ondan pul istəyəndə deyirdi ki, “Kirvəsiniz, gedin evlərdən satın qaytarın...”. Deyirdi, görürsənmi, sən onun əlini çörəyə çatdırdın, amma o səni pis vəziyyətdə qoyur... Əflatun bunu bilərəkdən edir, istəyir ki, sən müflis olasan... Mən Əflatunun şərik olmağını istəmirdim. Sən elədin. Sən də get bəlasını çək. Onun başına ağıl qoymasaq, onun yaxşıca “dərsini verməsək”, səni də bədbəxt edəcək, məni də...”. Sonra hacı İbrahim dedi ki, “Rusiyada işləyən adamsan, bir nəfər tap, qoy onun lazımınca cəzasını versin, bəlkə ağlı başına gələ”. Mən onun nə demək istədiyini başa düşürdüm, amma elə bir vəziyyətdə idim ki, bunun nə nəticə verəcəyini heç ağlıma da gətirmirdim. Mən dedim ki, fikirləşib sənə deyərəm... 2011-ci ilin mart aylarında Moskvada yaşayan, çoxdan tanıdığım Tofiqə zəng elədim və onun nə vaxt Bakıya gələcəyini soruşdum və xahiş elədim ki, Bakıya gələndə mənə zəng eləsin. Aradan bir az keçmiş Tofiq mənə zəng edib Bakıya gəldiyini və görüşmək istədiyini söylədi. Biz görüşdük. “Tofiq may ayında mənə zəng elədi ki, Əflatuna “dərs verəcək” adam tapmışam, 36 min dollar istəyirlər...”
Mən problemi Tofiqə danışdım və soruşdum ki, bir adam tapa bilərmi ki, Əflatunun “dərsini verib yaxşıca ağlını başına qoysun”. Tofiq dedi ki, fikirləşərəm... O, may ayında mənə zəng elədi ki, adam tapmışam, 36 min dollar istəyirlər... Mən dedim ki, fikirləşib zəng edərəm. Hacı İbrahimə dedim ki, mənim pulum yoxdur, 36.000 dollar istəyiblər. Cavab verdi ki, problem yoxdur, razı ol... Mən də Tofiqə zəng edib razı olduğumu bildirdim... 2011-ci ilin iyulun əvvəllərində hacı İbrahim mənə dedi ki, “İyul ayının 8-i xaricə gedirəm, kameranı söndürəcəyəm...”. Mən də bu barədə Tofiqə məlumat verdim. Hacı İbrahim isə “Müsavat” qəzetinə müsahibəsində deyir ki, “Kameranın pultunu köməkçisinə veribmiş, yəqin o söndürüb kameranı, kameranın söndürülməsindən onun xəbəri yoxdur...”. “2011-ci ilin iyun ayının 11-də səhər saat 10-da işə gəldim. Saat 12:45 radələrində qəbul otağında səs eşitdim. Katibəyə zəng edib soruşdum ki, nə olub? Mənə dedi ki, “Vurdular...””
Hələ elə bir kamera icad olunmayıb ki, o pultla idarə olunsun, yoxdur elə aparat, kamera ancaq onun qoşulduğu komputerdən idarə olunur. Hacı İbrahim bilmir hansı yalanla özünü təmizə çıxarda. Beləliklə, mən 2011-ci ilin iyun ayının 11-də səhər saat 10-da işə gəldim. Saat 12:45 radələrində qəbul otağında səs eşitdim. Katibəyə zəng edib soruşdum ki, nə olub? Mənə dedi ki, “Vurdular...”. Mən dərhal həmin otaqdan çıxdım. Əmiraslan Əhmədov öz otağının qarşısında qarnını tutub durmuşdu. Əflatun Piriyevin isə qapısı açıq idi. Katibə yenə də dedi ki, vurdular... Əflatunun otağına baxdım görmədim. İçəri girdim. Gördüm ki, pəncərənin qarşısında uzanıb. Dərhal dedim ki, təcili yardıma və “102”-yə zəng eləsinlər. Mənim özüm isə dostumuz Şahin Əliyevə zəng elədim. Ona görə ki, o “Banditizm”də işləyirdi... İstədim Əflatun Piriyevi özüm sarıyım... Tez maykamı çıxartdım. Köynəyini açdım, qan yox idi, sarıya bilmədim. Qorxdum ki, daha da pis olar. Həmin an Əmiraslan Əhmədov divanda oturmuşdu. Gülüşlə Hicran Əliyev isə qapının ağzında durub baxırdılar. Mən dedim ki, aşağıdan “oxrana”nı çağırın, təcili yardım gələnə kimi aşağı düşürək. Özüm istədim tək qaldıram, gücüm çatmadı. “Oxrana” gəldi, dörd nəfərlə birinci mərtəbəyə düşürtdük, həmin an təcili yardım maşını da gəlmişdi, mindirdik. Mən soruşdum hara aparırsınız? Dedilər ki, “Semaşko”ya... 13:05-də biz “Semaşko”ya çatdıq (qeydiyyat kitabçasında var və protokol da var). Elə oradan Hüseyn Yadigarova zəng elədim ki, Əflatunun qardaşını da götür gəl “Semaşko”ya. Mən bayıra çıxdım. Polis işçiləri mənə dedi ki, səni ofisdə gözləyirlər, ora getməliyik. Saat 13:10-da mənə zəng elədilər ki, Əflatun artıq dünyasını dəyişib. Ofisə gələndə mən birinci polis işçiləri ilə birlikdə hacı İbrahimin kabinetinə qalxdıq. Dedim ki, kameraya baxmaq istəyirik. Katibə dedi ki, kamera işləmir, hacı İbrahim söndürüb... Öz ofisimizə qalxanda isə artıq orada çoxlu polis işçiləri var idi. Möhtərəm Prezident! Hörmətli nazirlər, cənab sədr və prokuror! Ərəstun Piriyev indi deyir ki, guya mən Əflatunun otağından kitabça götürmüşəm. Otaqda üç nəfər olub, əgər mən oradan kitabça götürsəydim onlar görərdilər, bir də ki, hamı başını itirmişdi... Sonra Ərəstun Piriyev deyirdi ki, guya mən qardaşı Əflatunu qəsdən xəstəxanaya gecikdirmişəm. Düşünün, əgər mən onu gecikdirmək istəsəydim, özüm onu təcili yardım gözləmədən birinci mərtəbəyə düşürməzdim. Təcili yardımı gözləsəydik daha çox vaxt itirəcəkdik. Sonra Əmiraslan Əhmədov yaxında olan xəstəxanaya (“Medikal-lüks”) aparılıb və saat 13:00 qeydiyyata alınıb, Əflatun Piriyev isə 13:05-də “Semaşko”da qeydiyyata alınıb. Buradan görünür ki, mən onu gecikdirməmişəm və belə bir fikrim də olmayıb... Mən Əflatun Piriyevin ölümünü istəməmişəm, ancaq onun cəzalandırılmasını istəmişəm...
“Hacı İbrahim mənə xaricdən zəng edib dedi ki, deyəsən, Əflatun Səhiyyə Nazirliyində bir nəfərin xanımı ilə görüşürdü, bəlkə onun əri oldürüb?!” 2011-ci il iyul ayının 12-də dəfn günü, təxminən saat 12-13 radələrində hacı İbrahim mənə xaricdən zəng elədi. Həmin an yanımda dostum Elçin və Şahin durmuşdular. Hacı İbrahim mənə dedi ki, “Deyəsən, Əflatun Səhiyyə Nazirliyində bir nəfərin xanımı ilə görüşürdü, bəlkə onun əri oldürüb?!” Yadımda deyil həmin şəxsin adı, amma Elçin onu tanıdı... Hacı İbrahim zəng eləyəndə mən telefonu selektora qoymuşdum, üçümüz də eşidirdik. Elçin bir-iki yerə zəng elədi, dedi ki, həmin şəxs evli deyil, Səhiyyə Nazirliyində də tanışı yoxdur... Mən təkrarən hacı İbrahimə zəng edib selektora qoydum və dedim ki, elə bir adam yoxdur. Mənə dedi ki, “Sən nə cür deyirəm, elə də de!” Sonra telefonu söndürdü. Mən Şahinin üzünə baxdım və soruşdum: nə məsləhət görürsən, indi mən nə edim? Şahin dedi ki, polisdə soruşanda hamısını danışarsan... Mənə elə gəlir ki, hacı İbrihimin bu zəngi və danışığımız yazılı olmalıdır... Mən Əflatun Piriyevin heç vaxt ölümünü istəməmişdim. Ona görə ki, hacı İbrahimlə, ancaq o bacara bilirdi, ona görə ki, əlində onun elədiyi dələduzluğa qarşı dəlillər var idi, buna görə də hacı İbrahim ondan və Vaqifdən çox çəkinirdi. Mən onu öldürtdürmək istəsəydim başqa yerdə, başqa şəraitdə öldürtdürərdim və heç kəs də məndən şübhələnməzdi... Bu hadisə tam təsadüfi olan bir şeydir... Cənab Prezident! Hörmətli nazirlər, cənab sədr və prokuror! Beləliklə, hacı İbrahim İbrahimovun bu artıq götürdüyü pulları da ortaya qoyub bölsək, təsisçilər arasında belə alınır: İbrahim: 6 mln$x40%=2,mln doll=1,9mln man. Hümbət: 6 mln$x40%=1,9mln.man Əflatun: 6mln$x20%=1,0mln.man Hacı İbrahimin Hümbətə borcu 1mln$=0,8mln.man. olar. Son rəqəm aşağıdakı kimi olur: İbrahim İbrahimovun təsisiçilik payına düşən təmiz gəlir: 6,8 mln. man-2,9 mln. man. (Əflatunun Hümbətə borcu)-0,8 mln. manat Hümbətə olan borc=6,8-3,7=3,1mln. manat Hümbətin təsisçilik payna düşən təmiz gəlir: 8,42+0,8 (hac.İb.fond üçün aldığı) + 1,9mln.man. (hacı İbr. artıq ötürdüyü)=8,42+2,7=11,12mln.man Əflatunun təsisçilik payına düşən təmiz gəlir: 0,88+1,0 (İbrahimin artıq götürdüyü pul)=0,88+1=1,88mln.man İbrahim İbrahimov =3,1mln.man+0,8mln=3,9mln. Hümbət Məmmədov =11,12mln.man+0,8mln=11,92mln Əflatun Piriyev =1,88mln. man+0,4mln=2,28mln. 200 qarajın satışını da nəzərə alıb x1000m=2mln. man və hacı İbrahimin mənə olan borcunu-580 min dollar. “Hacı İbrahim öz çirkin planını çox məharətlə həyata keçirdi. Əflatun Piriyev dünyasını dəyişdi, Vaqif Bağırov didərgin düşüb, mən isə türmədəyəm”
Belə olan halda, mən Əflatun Piriyevin niyə ölümünü istəməli idim? Son nəticədə isə Hacı İbrahim: 3,9mln.man-0,46 mln (Hüm.borc)=3,44mln.man. Hümbət: 11,9+0,46 (hacı İbr. Borcu) =12,36 mln. man. Əflatun: =2,28mln. man. MTN Hacı İbrahimin Rəsul Quliyevə 500 min manat verdiyini də araşdırır?
Hacı İbrahim öz çirkin planını çox məharətlə həyata keçirdi. Əflatun Piriyev dünyasını dəyişdi, Vaqif Bağırov didərgin düşüb, mən isə türmədəyəm. Hacı İbrahim Əflatun Piriyevin qardaşı Ərəstun Piriyev ələ alıb istədiyi kimi istifadə edir. Ərəstun Piriyev qardaşının mənafeyini qorumaq əvəzinə, İbarhim İbrahimovun maraqlarını qoruyur. Rəqəmlərdən görünür ki, birinci “Azərross İ K” MTK-da ekspertizanın keçirilməsində Ərəstun Piriyevin marağı olmalıydı. Niyə bu günə kimi hacı İbrahimin tərəfini saxlayır? Niyə maneçilik törədir ki, araşdırılmasın kimin kimə borcu var, kim kimi aldadıb? Marağı nədir? Məlumdur ki, ancaq pul. Geridən baxan üçün bu- iki vur ikidir, 3 şərikdən ikisi yoxdur, baş mühasib yoxdur. Bu həngamə kimin üçün əlverişlidir? Əlbəttə, ancaq hacı İbrahim üçün. Əflatun Piriyevin ölümünün kimin üçün xeyri var idi? Əlbəttə İbrahim İbrahimov üçün niyə? İzah edim: 1.Rəsul Quliyevlə bağlı dövlət çevrilişinin üstünün açılması İ.İbrahimov üçün böyük fəlakətə bərabər idi. Bunu kim bilirdi? Kimin telefonundan əlaqə saxlanılırdı, pulları kim aparıb verirdi??? “Sputnik” telefonu kimin adına idi? Əlbəttə ki, Əflatun Piriyev və Vaqif Bağırovun. 2.Heydər Əliyev Fondunun adı altında məni aldadıb götürdüyü 2 mln. dolların ora verilməməsini kim bilirdi? Əlbəttə ki, Əflatun Piriyev! 3.Məni aldadıb Arif Paşayevin adı ilə kassadan götürdüyü 5 mln. dolların mənimsənilməsini kim bilirdi? Əlbəttə ki, yenə də Əflatun Piriyev! Əflatun Piriyevin öldürülməsinin motivi budur. Bütün bu dələduzluqların, dövlətə xəyanətin üstünün açılmaması üçün bu cinayətə getdi hacı İbrahim. Bu cinayət işinin başında duran hacı İbrahimdir və onun günahlarını sübut edən hansı dəlillər yoxdur? İzi itirmək üçün hacı İbrahim nələr etməyib: 1. Bilərəkdən kameraların söndürülməsi; 2. İyulun 14-də mənə xaricdən etdiyi telefon danışığının audi yazısı; 3. İyulun 12-də telefon danışığının audio yazısı və şahidlər; 4. Mənim ərizəm, hansı ki, Rəsul Quliyevlə bağlı məsələnin açılmaması tələb edilirdi. Bunları dərindən araşdırmaq niyə istintaqın marağında deyildir? Onların marığı, ancaq İbrahim İbrahimovun sudan quru çıxması idi. Cənab Prezident! Hörmətli nazirlər, cənab sədr və prokuror! İbtidai istitaqın qeyri-qanuni aparılmasına və qanunvericiliyin tələblərinin pozulmasına dəlil-sübut olaraq aşağıdakıları nəzərinizə çatdırmaq istəyirəm: 1.Mənə heç bir aidiyyəti olmayan zərərçəkmiş Tahir Əliyevdən guya mən Vaqif Bağırovla əlbir olaraq saxta sənədlə ev satmışam. Bu bir obsurddur. Bu hacı İbrahimin oyunudur. Vaqif Bağırov üçün cinayət işi qaldırmaq üçün bir əsas lazım idi, o da ancaq onu mənə aid edirdilər. Bunu mənə şəxsən müstəntiq dedi. 2.Bədəlov Cəfərquluya iki müqavilə verilib: biri “Papanin”dən-144 kvm, ikincisi isə əgər müqaviləni diqqətlə oxusanız formal şəkildə yazılmış Teymur Əliyev-67/71-də inşa edilən binadan yazılmış müqavilədir. Ondan alınan pulun məbləği 100.000 min manatdır, ayda 4%-almaq şərti ilə. Xahiş edirəm bunları nəzərə alasınız. 3.Azərb CM-nin 29, 20, 27-ci maddəsi ilə mənə ittiham irəli sürülür. Mən etiraf eləmişəm və edirəm də ki, mən ancaq Əflatun Piriyevlə söhbət edib onu başa salmağı xahiş etmişəm, onu öldürməyi yox. Bir də əgər Vüsal Qurbanov Əmiraslan Əhmədovu öldürmək istəsəydi, 50 sm məsafədən buna nail olmaq çox asan idi. Tapança əlində açılıb. 4.Mütəşəkkil dəstə yaratmaqda ittiham irəli sürülür. Mən başa düşə bilmirəm: əgər mən Tofiqdən başqa heç kəsi tanımırdımsa, necə dəstə yarada bilərdim? Necə onlar arasında vəzifə bölgüsü edə bilərdim? Bu bir aksiomadır ki, mütəşəkkil dəstədən söhbət gedə bilməz. Yenə də çoxlu misallar çəkmək olar. Bir də heç bir killer günün günorta çağı üzü açıq, şəhərin ortasında, 12-ci mərtəbəyə qalxıb, adam öldürüb heç vaxt pilləkənlə aşağı düşmür. Killer vuranda ölümünə vurur, özündən sonra şahid saxlamır. Əgər killer tutulursa, orada əlli adam olmur. Cənab Prezident! Hörmətli nazirlər, cənab sədr və prokuror! İbtidai istintaq zamanı bu cinayət işi açıq olsa da araşdırılmış və mənə qarşı ittiham irəli sürülmüşdür. İttiham aktında göstərilən, verilən ifadələrə əsasən, doğrudan da mən Əflatun Piriyevin ölümün sifariş etməmişəm. Tofiq, Fərman da onun kimi. Vüsal Qurbanov ifadəsində, ittiham aktı səhifə 37-də də belə cümlə var: “2011-ci ilin iyul ayında Ramil və Fərman ona demişlər ki, sifarişçi Əflatunun kislata ilə sifətinin yandırılmasına etiraz edir və silahla vurulub şikəst edilməsini tələb edir”. Fərman Hacıyev öz ifadəsində ittiham aktının səh. 34-də belə bir cümlə işlədir: “Tofiq konkret olaraq həmin şəxsi döymək və ya kislata ilə sifətinin yandırılmasının lazım olduğunu bildirib”. Tofiq Bəkirov öz ifadəsində ittiham aktı, səh. 28-də yazır:”Hümbət demişdi ki, Bakı şəhərinə gəl, bir adam var, onun işinə baxmaq, vurdurmaq lazımdır. Mən elə başa düşdüm ki, nakazat eləmək lazımdır” Burada müstəntiqin rus dilindən tərcümə etdiyi “nakazat” sözünün mənası “vurmaq” kimi tərcümə edilib. Yəni, bu onun üçün sərf edirdi. Əslində isə, Tofiq öz ifadəsində “vurmaq” sözü işlətməyib. Ancaq o “nakazat”, yəni “cəzalandırmaq” etmək sözünü işlədib. Yuxarıda göstərilən ifadələrdən məlum olur ki, heç kim Əflatunun ölümünü istəməmiş və belə sifariş olunmamışdır. Müstəntiq özünün yazdığı ittihama zidd gedərək ən ağır ittihamları bizə qarşı irəli sürmüşdür. Cənab Prezident! Hörmətli nazirlər, cənab sədr və prokuror! Mənə və mənimlə oturan şəxslərə qarşı sürülən ittiham əsassızdır. Adicə götürək Əmiraslan Əhmədov məsələsini. İttihamda yazılır ki, öldürməyə cəhd. Yenə deyirəm, əgər Əmiraslan Əhmədovu öldürmək istəsəydilər, bunun üçün onlara heç kəs maneçilik törətmirdi. Əgər şahid saxlamaq istəmirdilərsə, gərək onda katibəni də öldürəydilər. 50 sm məsafədən adam öldürmək istəyən heç vaxt yandan atəş açmazdı, onu ölümünə vurardı. Sonuncu, əgər vuran şəxs Əflatun Piriyevin ölümünə vursaydı, ya başından, ya da ki, ürəyindən vurardı, onu sağ qoyub getməzdi. Qarnından dəyən güllə onun üçün təhlükəli deyildi. Yəqin aşağı əyiləndə 2-ci güllə çiynindən dəyib, döşündən çıxıb. Burada da məqsəd, ancaq yaralamaq olub, öldürmək yox. Bəli, mənim günahım var və cəzamı çəkməyə hazıram, çox peşmanam. Xahiş edirəm bu işdə birbaşa günahkar olan hacı İbrahim İbrahimovun əli olduğunu nəzərə alaraq, onun məsuliyyətə cəlb edilməsi üçün göstəriş verəsiniz. (Davamı var) “Təzadlar”ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|