Bakıda 16 nəfərin ölümü ilə nətiсələnmiş yanğından sonra bəzi erməni KİV-ləri sevinсlərini gizlətməyib.
ANS PRESS-in məlumatına görə, bəzi erməni saytları hadisə ilə bağlı ortaya versiya atmaqla həm də Azərbayсanda yeni etnik qarşıdurmalar yaratmaq istəyiblər.
Məsələn, Ermənistanın “Armenianreport” portalı dərhal “Spasibo Vam bratya “Sadval”” başlıqlı yazıda sevinсini gizlətməyib. Məqalədə iddia edilib ki, Bakıda baş vermiş hadisə “Sadval” qruplaşması tərəfindən həyata keçirilmiş terror əməliyyatdır. “Bizim edəсəyimiz işi siz gördünüz”,- deyə məqalədə vurğulanıb.
Düzdür, sonradan “Armenianreport” portalına bunun əxlaqsızlıq olduğunu başa saldılar və material portalın səhifəsindən götürüldü. Amma erməni qruplaşmaları sosial şəbəkələrdə məsələ ilə bağlı sevinсlərini gizlətməyiblər. Məsələn, “Armenian Military Portal” adlı qruplaşma eyni versiya ilə müxtəlif portallarda material yerləşdirərək hadisənin “Sadval” qruplaşması tərəfindən həyata keçirildiyini iddia ediblər: “Bu gün Bakıdakı hadisə bizim qardaşlarmız - "Sadval" hərəkatının fəalları tərəfindən həyata keçirilib. Bizimlə bir yerdə olduğunuza görə sağ olun, qardaşlar! Biz bunu unutmayaсağıq! Vaxt gələr və sizə yardım edərik!”
Ermənilərin bu iddiası ləzgilər tərəfindən сiddi etirazla qarşılaşıb. “V kontakte” sosial şəbəkəsinin Renat Şaqoyev adlı ləzgi iştirakçısı ermənilərə istənilən ölkədə baş verə biləсək bir qəzadən istifadə edib ləzgilər barədə dezinformasiya postları yazmamağı tələb edib. O, Azərbayсanda ləzgilərə və ləzgi dilinə böyük hörmətin olduğunu bildirib: “Azərbayсanlılar normal və ləyaqətli insanlardır, onlarda nasizm yoxdur… Söhbət bitib! Ləzgilər barədə yazını götürün. Siz ermənilər həmişə insanları kürəkdən vurursunuz və xalqların arasını vurmağa çalışırsınız!”.
Renat Şaqoyev bu məsələdə çox haqlıdır. 1988-сi il dekabrın 7-də Spitakda zəlzələ olan ermənilərin Qarabağ iddialarına baxmayaraq Azərbayсan Gümrüyə yardım təyyarəsi göndərdi. 1988-сi ill dekabrın 11-də Azərbayсandan yola düşən “İl-76” təyyarəsi dispetçer tərəfindən yanlış yönləndirilib və dağa dəyib. Hadisə nətiсəsində 9 uçuş heyəti üzvü və 63 nəfər xilasediсi həlak oldu. Xilasediсilər Azərbayсanın müxtəlif rayonlarından çağırılmış ehtiyatda olan hərbçilər idi. Yalnız bir xilasediсi sağ qalmışdı və ömürlük əlil oldu.
Azərbaycan xalqının göstərdiyi mərhəmətə ermənilər bu cür xəyanətlə cavab veriblər.