"Əhəd Abiyevin yaylağa qalxan 3 istiqamətdə postu var"... - Fermerlər başçının əlindən dad deyir...
Tarix: 16-06-2015, 11:35 |
Çap et
"Daşkəsəndəki yaylaqlara qoyun-quzularımızı aparmaq üçün hər il müsibətlərə düçar oluruq... İcra başçısı Əhəd Abiyevin yaylağa qalxan 3 istiqamətdə postu var... "Xanlar" rayonundakı Lülləli adlanan postu keçəndən sonra Daşkəsən ərazisi başlayır... Burada Gülazar adlanan ərazidə (köhnə Qara Keşiş) olan postda polislər və iki nəfər də Əhəd Abiyevin Azər və Nüsrət adlı nümayəndələri dayanırlar. Onlar hər il qoyun-quzu yaylağa köçəndə hər sürüdən 30-40 baş qoyun alırlar. Hər sürüyə görə isə Şahbaz Mehdiyev əlavə 2000-5000 manat, bəzi fermerlərdən isə 8-10 min manat haqq alırlar. Bir də köç yaylaqdan qayıdanda. Hər köç mövsümündə orta hesabla 800-1000 baş qoyun rüşvət kimi biz fermerlərdən yığılır və Daşkəsənin icra başçısına, rəisə və Əhəd Abiyevin yaylaq paylayanı kimi məşhur olan Şahbaz Mehdiyev arasında bölünür... Bunu bizə Azər və Nüsrət deyib... Xahiş edirik səsimizi ölkə Prezidentinə çatdırın. Bu reketlərin qarşısı alınsın. Min zəhmət bahasına qazandıqlarımız görün kimlərə qismət olur...".
Bu sözlər Laçın rayonundan köçkün düşmüş bir qrup fermerin şikayətindəndir. Dözülməz vəziyyətlə qarşılaşmış fermerlər Prezidentdən kömək istəyirlər... Onlar yaylağa Əhəd Abiyev tərəfindən qoyulmuş postlardakı polislərin fotolarını da bizə göndəriblər. Aşağıda təqdim edirik.
Əlavə məlumat veriləcək. \\ tezadlar.az \\