Abbas Abbasovun Gəncədəki qardaşı həbs olundu... - Ondan krediti dərhal qaytarması tələb olunub
Tarix: 25-06-2015, 12:01 |
Çap et
DİA.AZ bildirir ki, Gəncədəki Abbasovlara yaxın mənbənin bu gün "Təzadlar"a verdiyi məlumata görə, neçə gün əvvəl Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov həbs edilib. Nadir Abbasov Gəncənin keçmiş polis rəisi olub, istefada olan polkovnikdir. Onun bir müddət əvvəl Gəncədə keçmiş "Yeyinti Ticarəti İdarəsi"nin bazasında soyuducular tikmək üçün kredit götürdüyü bildirilir. Bir neçə gün əvvəl isə onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar və krediti dərhal qaytarması tələb olunub və hələ də bu idarədə saxlanılır.
Mənbə onu da bildirir ki, bir neçə gün əvvəl Abbas Abbasovun qardaşı Həmid Abbasovun isə həyat yoldaşı Gəncə İH-nin başçısı Elmar Vəliyev tərəfindən bağça müdiri vəzifəsindən azad olunub. Onun qızı da işdən çıxarılıb. Bağçanın işçiləri iki gün əvvəl İH başçısı Elmar Vəliyevlə görüşmək istəyiblər, lakin bu qəbul baş tiutmadığından etirazlarını yazılı şəkildə bildiriblər. Həmin müraciəti tezliklə redaksiyamıza göndərəcəklər.
"Təzadlar" qeyd olunan məsələlərlə bağlı araşdırma aparır, məsələyə atraflı aydınlıq gətirməyə çalışırıq.
Bizin izləyin!