Prezidentin tənqidini rəsmən qulaqardına vuran AZAL şefi hədəfdə - Cahangir Əsgərov həbs olunacaq?
Tarix: 15-07-2015, 12:35 | Çap et
Son günlər Azərbaycan Hava Yollarındakı (AZAL) qiymətlərin baha olması ilə bağlı vətəndaşların şikayətləri artıb. Sosial şəbəkələrdə Cahangir Əsgərovun rəhbəri olduğu şirkəti boykot etmək çağırışları səslənməkdədir. Məlumata görə, artıq xeyli adam bu şirkətin xidmətlərindən imtina etmələri barədə statuslar paylaşıb.
Onlar əlavə əziyyət olsa da, səyahət etmək istədiyi ölkəyə bundan sonra Gürcüstandan uçacaqlarını bildiriblər. Bunun üçün vətəndaşlar qatarla Tiflisə gedib oradan üçüncü ölkəyə üz tuturlar. Bu, xaricə getmək istəyən vətəndaşlara daha ucuz başa gəlir. Məsələn, Almaniyaya Bakıdan uçuş qiyməti 730 manatdan bahadır. Gürcüstandan isə təxminən 400 manat. Almaniyaya səfər etmək istəyən şəxs qatarla (28 manat) gedib Tiflisdən bilet alsa, bu ona 302 manat daha ucuz başa gələcək.
Təkcə bu müqayisə AZAL-dakı qiymətlərin nə qədər yüksək olduğunu göstərir. Bundan əlavə, vətəndaşlar qiymətlərin yüksək olmasına baxmayaraq, təyyarədə verilən yeməklərin də keyfiyyətindən narazıdırlar. Bunlarla yanaşı bir neçə gündür ki, AZAL online bilet satışını da dayandırıb. Sərnişinlər artıq bir müddət əvvəl start verilən bu xidmətdən istifadə edə bilmir. Şirkət isə xidməti dayandırması ilə bağlı xəbərdarlıq etməməsindən əlavə, niyə dayandırmasının səbəbləri barədə hələ də susur. Qurumun rəsmiləri çox qınaqdan sonra biletlərin qiymətinin baha olmasını Birinci Avropa Oyunları ilə əlaqələndirdilər. Ki, guya AZAL oyunlar zamanı ölkəmizə gələn turistlərin geri qayıtmasının bilet qiymətlərində endirim edib və indi büdcədə yaranmış boşluğu vətəndaşların hesabına doldurmağa çalışır. Cahangir Əsgərovun yaratdığı bahalıq ictimaiyyət nümayəndələri və deputatları da hərəkətə gətirib. Millət vəkili Elmira Axundova münasibətini belə bildirib: "Düşünürəm ki, AZAL dünyanın ən rahat və təhlükəsiz xidmətlərindən biridir. Mən və ailəm xaricə gedərkən əsasən AZAL-a üstünlük veririk. Ancaq bəzi istiqamətlərə qiymətlər bahadır. Hesab edirəm ki, adi insanların da büdcəsini nəzərə alıb qiymətləri tənzimləməlidirlər. Əgər bir insanın aylıq gəliri 400-500 manatdırsa o, bir biletə 600-700 manat necə versin? Hər kəsin istirahət etmək haqqı var. Əgər hər hansı aviaşirkət biletləri 200-300 manata satırsa, bu zaman AZAL 600 manata bilet verirsə bu düzgün siyasət deyil. Hesab edirəm ki, insanlar yay aylarında daha çox istirahətə üz tutduqları üçün AZAL və digər aviaşirkətlər qiymətlərə güzəştlər etməlidirlər". Azərbaycan Hava Yollarının qiymət siyasətinə ən sərt tənqid isə cənab prezident İlham Əliyevdən gəldi. Ölkə başçısı Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı sözügedən şirkətin ünvanına çox ciddi tənqidlər səsləndirib: "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da, bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır. AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır". Prezidentin bu məsələyə toxunması vətəndaşların əksəriyyətinin ürəyincə oldu. Çünki insanlar indiyə kimi xaricə səyahət edəndə aviabiletlərə görə böyük xərc çəkirdilər. Ölkə başçısının tənqidlərindən sonra AZAL-ın qiymət siyasətində böyük dəyişikliklərin ediləcəyi gözlənilir. Özəl mənbələr isə iddia edir ki, prezidentin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlər AZAL-ın şefi Cahangir Əsgərovun karyerasının sonu ola bilər: "Cənab prezident bu vaxta qədər AZAL-ın fəaliyyətini belə tənqid etməmişdi. Son vaxtlar aviabiletlərin baha olması ilə bağlı edilən etirazlar öz nəticəsini verməkdədir. Çox güman ki, Cahangir Əsgərov çoxdandır gözlənilən böyük kadr islahatının ilk qurbanı olacaq. Artıq onun işdən çıxarılacağı haqda şirkət daxilində söz-söhbət gəzməyə başlayıb. Bundan başqa, şirkət rəhbərinin həbsi məsələsi də gündəmə gələ bilər". Hesab edirik ki, 20 ildən çoxdur vəzifədə çalışan Cahangir Əsgərov görəvdən alınsa, ölkəmizin hava nəqliyyatı sistemində yeni mərhələ başlaya və insanlar xarici ölkələrə daha ucuz qiymətə səyahət edə bilərlər.\\gundelik-baku.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|