Masallıda çağırışçılar necə səfərbər olur?.. - Arzu Rəhimovun kadrı ittiham olunur...
Tarix: 21-07-2015, 12:40 | Çap et
S. Məmmədov hərbi komissar Rəsul Quliyevdən və onun əməkdaşı İbrahim Səfərovdan narazıdır. Yazını şikayətçinin dilindən təqdim edirik: “Mən Məmmədov Səmirağa Nəsrəddin oğlu Masallı rayonunun Sığdaş kəndinəm. 60 yaşım var. 9 övlad atasıyam. Onlardan 5-i oğlan, 4-ü qızdır. Tale elə gətirib ki, oğlanlarımdan 1-i hərbi xidmət etsə də, digər oğlanlarım hərbi xidmətə gedə bilməyib. Anası uşaqlıqdan ciyər xəstəsi olduğundan övladlarımın çoxu da xəstə olub. Digər oğlanlarım hərbi xidmətə yararsız sayılıblar. Hazırda çağırışçı olan oğlum Məmmədov Ağasifin də ciddi xəstəliyi var. Belə ki, onun sidik kisəsində ciddi problemlər yaranıb. Bu xəstəliklər ən peşəkar həkimlər tərəfindən təsdiqini tapıb. Lakin Masallı rayon hərbi komissarlığı bu sənədləri tanımaq istəmir. Mən bir neçə hərbi komissarın yanında olmuşam. Hazırkı komissarın da qəbuluna girmişəm. Komissar Rəsul Quliyev qəribə də olsa özü həkim funksiyasını yerinə yetirdi. Uşağın xayasını elə sıxdı ki, ardını yazmağa utanıram. Daha sonra hərbi komissarlıqda məxfi kargüzar işləyən İbrahim Səfərov məni komissarlığın 1-ci mərtəbəsinin sol tərəfindəki otaqlardan birinə aparıb dedi ki, əgər istəyirsənsə uşağına hərbi bilet verək, get, onun şəxsiyyət vəsiqəsini, ya da ərazi nümayəliyindən şəkilli arayış gətir. Çünki onun şəxsiyyət vəsiqəsinə “Stop” qoyulub. Dedi ki, saxta hərbi biletə görə sağlam olanlardan 5 min manat alırıq, sənin uşağının xəstəliyi olduğu üçün, sən 3 min manat pul gətirərsən. Bilirəm ki, uşağın xəstədir. Dedim ki, mən 3 min manat yox, 2 min 500 manat verə bilərəm. Onun da 2 min manatın kredit götürmüşəm. Əvvəl onu verim, 500 manatı da əmək haqqımı alanda verərəm. Dedi yaxşı, onda sabah səhər 7-də, uzaqbaşı 8-də burada olarsan, 2 min manatı verərsən. 500 manatı sonra gətirərsən. Komissarin da haqqını hələlik mən verərəm. Səhəri gün səhər açılar-açılmaz, səhər 7-yə işləmiş İbrahim mənə zəng vurdu ki, harada qalmısan, gəlmirsən? Dedim, anam ölüb, bu gün gələ bilməyəcəm. İbrahim ərazi nümayəndəliyinə zəng edərək öyrənib ki, anam yox, qaynanam ölüb. Təzədən zəng vurdu ki, qaynana ölüb-ölüb də, tez pulu çatdır, Bakıya söz vermişəm, ora aparmalıyam. Dedim ki, məndə pul yoxdur, sadəcə, dilindən söz almaq istəyirdim, səninlə telefon danışığını lentə almışam və əlaqədar təşkilatlara çatdırmışam. Dedi sənin qohumun Əlirzaya deyərəm, sənin başını kəsər. Çox xahişçilər gətirdi axşam qapıma, hətta ağladı. Daha sonra mən Səfərbərlik və Hərbi Xidmətə Çağırışa üzrə dövlət xidmətinin rəisi Arzu Rəhimova yazılı müraciət etdim və 9 nəfərlik komissiya gəldi. Dedilər, sən uşağını yolla təzədən Bakıda komissiyadan keçirək. Dedim, İbrahimin qardaşı orda Mərkəzi Hərbi həkim komissiyasında məsul vəzifədə işləyir, o imkan verməyəcək ki, oğlum normal müayinə edilsin və İbrahimin yalanı təsdiq olunsun. Həm də bildirdim ki, sizin göndərişlə mən Bakıdan, M.C.Cavadzadə adına Respublika Klinik uroloji xəstəxanadan uşağımın ciddi xəstə olması barədə rəy almışam. Ölkənin ən nüfuzlu xəstəxanasının nüfuzlu 5 həkimi bunu təsdiq edib. Onlar saxta diaqnozu təsdiq ediblərsə, versinlər həmin həkimləri məhkəməyə. Lakin hərbi komissarlıq bu deyilənləri qəbul etmir. Biz qarşı tərəfin də fikrini öyrəndik. Yazıda adları hallanan şəxslərlə görüşdük. İbrahim Səfərov onun haqqında deyilənəri qəti təkzib etdi. Hərbi komissar Rəsul Quliyev də şikayətçi Səmirağa Məmmədov haqqında xoş olmayan sözlər işlədərək onun haqlı olmadığını, onları şantaj etdiyini bildirdi. Bütün bunları S. Məmmədova bildirdik. O qəti şəkildə bəyan etdi ki, komissarlıq günahını boynuna almamaq üçün məni şantaj edir, məni isə mübarizəmi davam etdirib, haqqımı sonadək tələb edəcəyəm. Nə olsun ki, onun vəzifəli qohumları var. Qeyd: Masallı Rayon Hərbi Komissarlığının əlavə sözü olarsa, onlara da yer ayırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|