DİA.AZ: - Az əvvəl məlumat yayıldı ki, Müdafiə Nazirliyinin İnspeksiya İdarəsinin rəisi Fəxrəddin Cəbrayılov korrupsiya əməllərinə görə həbs olunub. Bildirək ki, artıq rəsmi qaynaqlar da bu informasiyanı təsdiqləyib.
DİA.AZ bildirir ki, 1995-ci ildə Milli Qəhrəman adına layiq görülən Fəxrəddin Cəvrayılov hazırki postuna məhz 2013-cü iləd təyin olunub. Və həm də Zakir Həsənovun əmri ilə.
2014-cü ildə general-mayor hərbi fürtbəsi ilə mükafatlandırılan Fəxrəddin Cəbrayılov görünür ki, prezidentin və Azərbaycan dövlətinin ona göstərdiyi etimadı doğrulda bilməyib və yaranmış şəraitdən Azərbaycan dövlətinin deyil, öz şəxsi maraqlarına istifadə edib.
Belə bir etimada layiq görülmüş şəxsin hətta Milli Qəhrəman adını daşımasına rəğmən həbs olunması isə onu göstərir ki, dövlət kimliyindən asılı olmayaraq hər an cəzasını əskiltməyəcək.
Bu millətin malına, bu dövlətin əsgərinin malına tamah salanlar mütləq şəkildə cəzalanacaq...