Səlim Müslümovdan qəfil kadr islahatı... - Çıxarılan məmurdan narazılıq çox idi
Tarix: 7-08-2015, 11:33 |
Çap et
Bu dəqiqələrdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İmişli rayon şöbəsində total yoxlama aparılır. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən yoxlamaların nəticəsmi olaraq nazir Səlim Müslümovun əmri ilə ƏƏSMN-nin rayon şöbəsinin müdiri Anar Əliyev tutduğu vəzifəsindən azad edilib. Hazırda aparılan yoxlamaların nəticəsi olaraq külli miqdarda dövlət vəsaitinin talan edilməsi maddəsi ilə cinayət işi açılıb. Cinayət işinin məhkəməyə göndərilməsi üçün hazırlandığını bildirən rayondakı mənbəmiz deyir ki, həbslərin davam edəcəyi istisna olunmur.
DİA.AZ bildirir ki, Səlim Müslümovun işdən atdığı Anar Əliyevlə bağlı yetərincə şikayətlər var idi. Və bu da nazirin qərarının haqlı olmasından xəbər verir.