Şəmkirdə Qarabağ qazisinin müəmmalı ölümünə prokurorluğun verdiyi reaksiya təlatüm yaratdı... - Təşvişə düşənlər kimdir?
Tarix: 24-08-2015, 12:40 | Çap et
Etiraf edim ki, qəzet üçün hazırladığım materiallarda bəzən polis əməkdaşları tərəfindən bu və ya digər qanun pozuntusunun ört-basdır olunması və ya cəmiyyət üçün elə də böyük təhlükə törətməyən hər-hansı “xırda” cinayət hadisəsi törətmiş şəxsə qarşı qanuna müvafiq tədbirin görülməməsi barədə məlumatlardan istifadə edərkən, buna artıq nə özüm təəccüblənmirəm, nə də bu xüsusda açıqlamanın kimdəsə maraq doğura biləcəyini gözləmirəm. Amma bütöv bir şöbənin bir neçə rəhbər vəzifəli şəxsi, soyuqqanlılıqla qətl hadisəsi törətmiş bütöv bir qrupun üzvləri ilə razılığa gələrək, ağır cinayəti ört-basdır etməyə qərar verirlərsə, bu artıq mahiyyət etibarı ilə başqa bir məsələdir. Heç bir şübhə ola bilməz ki, belə insanlardan nəinki ictimai asayişin qorunmasını gözləmək olmaz, əksinə Vətənin dar günündə belələri çox asanlıqla xəyanətə, düşmənlə iş birliyinə də gedərlər. Şəxsən mən əminəm ki, belələrinə silah etibar etməyin özü belə son dərəcə böyük bir riskdir.Dünən redaksiyamıza ərizə ilə müraciət etmiş Göygöl rayon sakini Məmmədrzayev Sahib Əli oğlu da Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarını məhz ağır cinayət hadisəsinin gizlədilməsində ittiham edir. Aşağıda təsvir etməyə çalıcağımız hadisənin bütün təfərrüatlarını da biz bütünlüklə Sahib Məmmədrzayevin sözlərindən qeydə almışıq.
Sahibin mərhum qardaşı Elxan Məmmədrzayev Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Sahibin deməyinə görə, müharibədə böyük şücaət göstərən Elxan hətta düşmənin iki tankını şəxsən özü ələ keçirmiş, bir neçə erməni döyüşçüsünü əsir almışdı. Lakin döyüşlərdən birində başından ağır zədə alan Elxan evə kontuziya ilə dönmüşdü. Təəssüflər olsun ki, onun bu halı ailəsini, daha dəqiq desək həyat yoldaşını narahat etməyə başlamış və nəticədə onlar ayrılmışlar. Sonradan Elxan özü də, onun keçmiş xanımı da yeni ailə qurmuş və münasibətləri normal saxlaya bilmişdilər. Ən azından Elxan mütəmadi olaraq birinci nigahdan olan övladlarına baş çəkir, onların dolanışıqları ilə maraqlanırdı. 2011-ci ilin noyabr ayında da Elxan Şəmkirə öz uşaqlarını görməyə gəlir. Həmin vaxt Elxanın keçmiş xanımı öz ailəsilə Şəmkirdə, Dəyanət Qurbanov adlı şəxsin (və ya onun Gülgəz adlı bacısının) evində kirayədə qalırlarmış. Lakin Elxan bu şəxslərin qapısını döyərkən məlum olur ki, onun axtardığı ailə artıq başqa evə köçüb. Ehtimal ki, Elxan qapıya çıxmış Gülgəzdən onların hara köçməsi barədə soruşur. Lakin tərəflər arasında anlaşılmazlıq yaranır və cəmi bir neçə dəqiqəyə bu anlaşılmazlıq əsil davaya çevrilir. Gülgəz və onun yanında olan Mələk və Şəhla adlı daha iki rəfiqəsi əllərinə bel, taxta parçası alaraq Elxanı döyməyə başlayırlar. Qadınların əllərindən qurtulmaq istəyən Elxan özünü müdafiə edə-edə yola tərəf çəkilməyə başlayır. Lakin bu zaman səsə Dəyanət Qurbanov özü də yetişir. Dərhal “davaya” qatılan Dəyanət əlindəki dəmir parçası ilə (lom və ya qalın armatur parçası) Elxana zərbələr endirməyə başlayır. Nəticədə Elxan huşunu itirərək hərəkətsiz vəziyyətdə yerə yıxılır. Dəstə üzvləri (onları sadəcə başqa cür adlandıra bilmirəm) Elxanı ölmüş bilib, onu sürüyüb yol kənarına atırlar. Lakin bir neçə an sonra Elxan özünə gələrək sürünə-sürünə hərəkət etməyə başlayır. Bu zaman artıq hadisə yerindən uzaqıaşmaqda olan dəstədəki qızlardan biri arxaya dönərək Elxanı görür və qışqırır: -baxın, o hələ sağdır. Bu zaman Dəyanət qapısında dayanan avtomobilə (VAZ 21011) tərəf gedir. Maşına oturan Dəyanət avtomobili Elxanın üzərinə sürərək onu vurur. Bununla da kifayətlənməyən qatil maşınla bir neçə dəfə artıq hərəkətsiz (və bəlkə də cansız) Elxanın üzərindən keçir. Yalnız bundan sonra dəstə üzvləri hadisə yerindən uzaqlaşırlar.Hər bir cinayətkar öz əməlinin gizli qalacağına ümid edir. Lakin, demək olar ki, hər dəfə bu ümidlər boşa çıxır. Dəyanətgilin də başları öz əməllərinə elə qarışır ki, bir qədər aralıda öz heyvanlarını otaran və bütün bu hadisəni müşahidə edən Rəna və Səyyarə adlı iki bacını heç görmürlər də. Bacılar isə bütün bu təfərrüatları görürlər və elə həmin gün Şəmkir Rayon Polis Şöbəsinə yollanaraq, gördüklərini o zaman şöbənin rəis müavini vəzifəsində çalışan İmaməddin Namazova və təhqiqat bölməsinin rəisi Vaqif Heydərova danışırlar. Vaqif Heydərov isə, bacılara çox maraqlı bir cavab verir: “Gülgəz bizim ictimai əlaqələr şöbəsinin rəisi Fəxrəddin müəllimlə gəzir. Odur ki, gedin evinizə, dilinizi də dinc saxlayın...” Bacılar belə də edirlər. Amma Elxan Məmmədrzayevin ölümü ilə bağlı Şəmkir RPŞ-də hər halda araşdırma aparılır və “müəyyən edilir” ki, guya Elxan Məmmədrzayev yolu keçərkən onu “Niva” markalı bir avtomobil vuraraq, ölümünə səbəb olub və hadisə yerindən uzaqlaşıb. Həm də həmin “Niva” hadisə yerindən elə uzaqlaşıb ki, onu indiyədək tapa bilmirlər. Beləliklə, aradan 4 ilə yaxın bir müddət keçib.Təxminən 8-9 gün bundan əvvəl isə, hadisənin davamı yaşanmağa başlayıb. Həmin gün Rəna və Səyyarə bacıları Elxanın keçmiş həyat yoldaşını gəlib tapırlar. Bütün bu illər ərzində vicdan əzabı çəkdiklərini və qorxu içərisində yaşadıqlarını bildirən bacılar, həm də son vaxtlar yuxularının qarışdığını və buna görə daha çox narahat olduqlarını söyləyirlər. Bundan sonra Rəna və Səyyarə bütün olanları Elxanın keçmiş həyat yoldaşına danışırlar. O isə, öz növbəsində eşitdiklərini keçmiş qaynına, Sahib Məmmədrzayevə çatdırır. Bundan sonra hadisələr sürətlə cərəyan etməyə başlayırlar. İlk növbədə Sahib Rəna və Səyyarə ilə görüşür və bütün təfsilatları onların özündən eşidir. Həm də Sahb bacıların danışdıqlarını həm yazılı formada, həm də audio qeydə alır. Bundan sonra Sahib Şəmkir RPŞ-yə yollanır. Burada Sahib əlindəki faktla müstəntiq Bəxtiyara müraciət edir. Lakin Bəxtiyar onun danışdıqlarını cəfəngiyyat adlandıraraq, Sahibi şöbədən qovur. Öz növbəsində bacılar Şəmkir rayon prokurorluğuna gedərək (3 gün bundan əvvəl), orada ifadə verirlər. Lakin evə döndükdən sonra, bacıları Dəyanət Qurbanovun adamları “ziyarət edirlər”. Məlumata görə həmin şəxslər bacıları döyərək, onlardan ifadələrini geri götürməyi tələb edirlər. Elə həmin gecə, saat təxminən 2 radələrində polis əməkdaşları gələrək bacıları Şəmkir RPŞ-yə aparırlar. Burada isə onlardan ifadələrini qismən dəyişmək tələb olunur: “Hadisəni necə görmüsünüz, elə də yazın. Amma, polisə bu barədə xəbər verdiyinizi ifadədən çıxarın”. Rəna və Səyyarə təhdid qarşısında ifadələrini dəyişirlər. Lakin şöbədən çıxan kimi, dərhal DİN-in 102 xidmətinə zəng vuraraq, başlarına gələni danışırlar və ilkin ifadələrinin doğruluğunu bir daha təsdiqləyirlər.Dünən isə, Sahib Məmmədrzayev Bakıya gələrək Baş Prokurorluğa müraciət edir və dediyinə görə şəxsən cənab Zakir Qaralovun qəbuluna düşür. Hadisəni bütün təfsilatı ilə danışan Sahib yenidən rayona qayıdır. Bu zaman məlum olur ki, Dəyanət Qurbanov artıq həbs olunub və Şəmkir rayon prokurorluğunda faktla bağlı cinayət işi açılıb. Günün “möhtəşəm” sonluğu isə, yenə də Şəmkir RPŞ-nin binası qarşısında baş verib. Belə ki, aldığımız məlumata görə Dəyanət Qurbanovun anası şöbəyə gələrək, öz etirazlarını təxminən belə ifadələrlə bildirib: “O vaxt məndən 80 min manat pul almısız. İndi oğlumu nə haqla tutrsuz? Əgər oğlumu buraxmasanız, özümü baradaca yandıracağam”.Vəssalam, dünənə aldığımız məlumatlar bu qədərdir. Yəqin ki, bu günlərdə hadisələrin inkişafı və istintaqın gedişi ilə bağlı yeni məlumatlar alacağıq. Təbii ki, həmin informasiya da tərəfimizdən dərhal ictimaiyyətə təqdim ediləcək. Materialın yekununda isə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və şəxsən cənab Zakir Qaralova nümayiş etdirilmiş operativliyə görə bütün ictimaiyyət adından minnətdarlığımızı bildiririk.\\bizimdovr.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|