Dövlət Gömrük Komitəsi səlahiyyətlərinin bəzilərini itirir... - Avtomobil idxalı DYP-yə verilə bilər
Tarix: 23-11-2015, 10:59 |
Çap et
DİA.AZ: - Dövlət Gömrük Komitəsi səlahiyyətlərinin bəzilərini itirə bilər. Bu barədə DİA.AZ-a hökumtədəki məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə ölkəyə avtomobil idxalı ilə bağlı mühüm qərarlar verilə bilər.
Mənbənin söylədikləri: "Ölkəyə avtomobillərin gətirilməsi DYP-yə həavlə oluna bilər. Artıq bununla bağlı müəyyən ideyalar səslənib. Və ola bilsin ki, yaxın günlərdə qərar verilsin".
Mənbə dia-az.life-a bildirir ki, eyni zamanda Dövlət Gömrük Komitəsində kadr islahatının - ixtisarların da aparılması planlaşdırılır:
"DGK-nin bəzi idarələrinin ləğvi gözlənilir. Bütün bunları hökumtəin "kəmərsıxma" prosesinin davamı kimi də qəbul etmək olar".