Daha bir bank-vətəndaş toqquşması... - Bank Respublika vətəndaşın əmlakına həbs qoydurdu
Tarix: 26-11-2015, 10:38 | Çap et
Son aylarda banklarla kredit alan vətəndaşlar arasında yaranan gərginlik daha da dərinləşir. Əvvəllər ancaq problemli - yəni ödənilməyən borclara görə məhkəmə çəkişmələri, müqavilələrə yenidən baxılması halları baş verirdisə, hazırda ödənilən kreditlərlə də bağlı mübahisələr yaşanır. Bir neçə gün öncə “Muğanbank”ın qarşısında sürücü Malik Hüseynovun özünü yandırması vəziyyətin pik həddə çatmasından xəbər verir. Devalvasiyadan sonra kredit götürdüyü bankla aralarında yaranan problemi çözə bilməyən Masallı sakini Xudaqulu Tahirov müraciət edərək hüquqlarının təmin olunmasını tələb edib. Onun sözlərinə görə, maşın almaq üçün kredit götürdüyü “Bank Respublika”nın tələbi ilə əsassız olaraq əmlakına həbs qoyulub: “Hər ay krediti ödəyirəm, ancaq ...”
“Mən 2013-cü il sentyabrın 2-də “Bank Respublika”dan maşın almaq üçün 15 min dollar məbləğində kredit götürmüşəm. Müqaviləyə görə, kreditin qaytarılma müddəti 5 ildir. Ötən müddət ərzində müqaviləyə uyğun olaraq hər ay 372 dollar (294 manat) ödəmişəm. İndiyə qədər də stabil olaraq ödəyirəm. Fevral ayında devalvasiyadan sonra kreditlər də bahalaşdı. Lakin mən ondan sonra da əvvəlki məbləği ödədim. Dolların bahalaşması ilə kreditin aylıq ödənişinə əlavə olaraq 28,5 dollar da gəlib. Ancaq mən həmin əlavəni ödəyə bilmədim. Çünki aldığım maaşla bunu ödəməyə gücüm çatmır. Buna görə “Bank Respublika” kredit müqaviləsini ləğv etmək üçün məhkəməyə müraciət edib. Mənim maşınıma da həbs qoyulub, onu istifadə edə bilmirəm”. Qeyd edək ki, X.Tahirov 44 ildir müəllim işləyir. Aylıq maaşı cəmi 310 manat olan müəllim maşını xəstə atasına və həyat yoldaşına qulluq etmək, onları tez-tez xəstəxanaya və digər müalicə müəssilərinə aparıb-gətirmək üçün alıb. Məlum devalvasiyadan sonra kreditin məbləğində ortaya çıxan fərqi ödəyə bilmədiyini deyən X.Tahirov məsələnin qaydaya salınması üçün dəfələrlə “Bank Respublika”ya müraciət etdiyini deyir: “Mən hər ay çətinliklə də olsa 294 manatı banka ödəyirəm. Bu günə qədər qalıq borcum olmayıb. Araşdırma apararkən bankın problemli kreitlər şöbəsində oldum. Lakin onların siyahısında mənim adım yoxdur. Çünki ödənişi dayandırmamışam. Ancaq devalvasiya nəticəsində yaranan artıq pulu ödəməmişəm. Bunu da yoluna qoymaq üçün bir neçə dəfə yazılı formada banka müraciət etdim. Bildirdim ki, kreditin müddətini uzadaraq aylıq ödənişin məbləğini artırmadan, 10 faiz güzəştlə ödəməni davam etdirim. Ancaq onlar razılaşmayıblar. İndi də həm maşına həbs qoyublar, həm də mənə əlavə faizlər hesablayıblar. Eyni zamanda məhkəməyə verib müqavilənin ləğvini tələb edirlər. Çox pis vəziyyətdəyəm. Həm də 2 ildir borcun bir hissəsini ödəmişəm. Maşınımı niyə əlimdən alırlar?”. Bank qanunları ayaq altına atıb X.Tahirov indiyədək götürdüyü kreditin yarısını -7 min 352 dollarını ödəyib. Lakin bankın hesablamalarına görə, bundan sonra hələ 11 min 300 manat da ödəməlidir. Onun “Respublika Bank”la mübahisəsi Suraxanı Rayon Məhkəməsində araşdırılır. X.Tahirov bankın iddiasına etiraz edərək onun rədd edilməsini tələb edib. Çünki Mülkü Məcəllənin 422.1-ci maddəsinə əsasən, belə hallarda tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Dollarla kredit vermək olmaz Manatın kəskin şəkildə devalvasiyası şəraiti əhəmiyyətli dərəcədə dəyişdirib. Bu məsələ Konstitusiya Məhkəməsinin bu ilin mayında verdiyi qərarda da öz əksini tapıb. Qərarın 6-cı bəndinə əsasən, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və diğər ğüzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq, həyata keçirilməsi məqsədəmüvafiq hesab edilir. Bunu hüquqşünas Əkrəm Həsənov da təsdiqləyib. Bildirib ki, əslində kreditin verilməsində və sonrakı proseslərdə ciddi yanlışlıqlara yol verilib: “Həmin kredit müqaviləsi etibarsızdır. Faktiki olaraq bank vətəndaşı aldadıb. Çünki maşın alınması üçün dollar verilə bilməzdi. Axı maşını ölkədə ancaq manatla almaq olar. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin məlum qərarına əsasən, banklar tərəfindən dollar kreditləri üzrə müştərilərə güzəştlər edilməlidir. Beləliklə, vətəndaş müqavilənin etibarsızlığını və güzəştin edilməsini tələb edə bilər”. Onu da deyək ki, hazırda X.Tahirov kimi ağır kredit yükünün altında olan və əmlaklarını itirmək təhlükəsi ilə üzləşən kifayət qədər vətəndaş var. Banklar öz zərərlərini müştərilərinin hesabına qarşılamağı düşünürlər. Vətəndaşların gəirlərinin azaldığı, ağır durumda olduğu vaxtda bu, onlara daha ağır zərbə vurmaq deməkdir. Vətəndaşlardan daxil olan məlumatlara görə, hazırda ipoteka kreditlərinin ödənilməsində də ciddi problemlər var. Müştərilərin bir çoxu aldıqları mənzilləri geri qaytarmağa qərar veriblər. Lakin banklarla tikinti şirkətlərinin arasında yaranan mübahisələr həll olunmur. Sonda yenə də itirən vətəndaşlar olurlar. Bütün bu problemlərin yolu ədalətli məhkəmə qərarlarından keçir. X.Tahirovun da işi gələn həftə Suraxanı Rayon Məhkəməsində araşdırılacaq. Ümid edək ki, ədalətli qərar veriləcək. (Strateq.az )
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
|