Kadr islahatlarının hədəfində olan 4 icra başçısı... - Onlar kimlərdir?
Tarix: 4-12-2015, 11:08 | Çap et
Yeni ilə qədər bir neçə icra başçısının da yola salınacağına şahidlik edəcəyik. Məlumatlı mənbənin “Unikal” qəzetinə verdiyi məlumata görə, indiyə qədər aparılan kadr islahatları bundan sonar da davam edəcək və növbəti dalğada bəzi icra başçılarının “vurulmasını” müşahidə edəcəyik. Daxil olan məlumatda vurğulanır ki, bir müddət əvvəl rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən, onların sahibkarlara qarşı həyata keçirdikləri ağlasığmaz təzyiqlərdən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək. Məlumatda bildirilir ki, belə monitorinqlər vaxtaşırı aparılır və siyasi rəhbərliyə məruzə edilir: “Siyasi rəhbərlik də məruzə əsasında icra başçılarını cəzalandırır, işdən çıxarır. Bu dəfə də monitorinq daha ətraflı aparılıb və etimadı doğrultamayan icra başçılarının siyahısı müəyyən edilib. Odur ki, yeni təqvim ilinə qədər onların yeniləri ilə əvəzlənəcəyi gözlənilir”. Bütün bunların nəticəsiz qalmayacağına əminlik ifadə edən qaynağımız “vurulacaq” icra başçılarının adlarını da açıqlayıb. Məlumata görə, Qazax rayonunun icra başçısı Ayaz Əsgərov, Kürdəmir RİH başçısı Ceyhun Cəfərov, Quba rayonunun icra başçısı Yaşar Məmmədov və Ucar rayon RİH başçısı Mənsur Məmmədovun yola salınacağı daha inandırıcı görünür. Niyə məhz adıçəkilən icra başçıslarının hədəfə alınmasına da aydınlıq gətirən mənbəmiz digər ilginc məqamlara da toxunub: “Qeyd etdiyim kimi mütəmadi olaraq icra başçılarının fəaliyyəti ilə bağlı monitorinqlər həyata keçirilir. Eyni zamanda ayrı-ayrı rayon rəhbərləri, onların müəllifliyi ilə həyata keçirilən müəmmalı əməliyyatlarla bağlı ölkə mətbuatında dərc olunan faktların da araşdırılması həyata keçirilir. Adıçəkilən icra başçılarının hər biri haqda “yuxarılar”da təkzibolunmaz kompromatlar var, həmin məlumatlarda isə onların etimadı doğrultmadığı faktlarla sübut olunur”. Mənbəmiz eyni zamanda icra başçılarının nəzərdə tutulan “vurulma” prosesinin onların daha yüksək çinli himayədarlarının artıq hakimiyyət düşərgəsində etimadı itirməsi ilə əlaqəli olduğunu düşünür: “Məlumdur ki, hansısa rayon və ya şəhərə icra başçısı təyinatından öncə müəyyən məsləhətləşmələr aparılır. Sirr deyil ki, icra başçılarının prezidentə təqdimatını müxtəlif vəzifəli şəxslər verir və dolayısı ilə onlar həmin şəxslərə bir növ cavabdehlik daşıyırlar. İndi isə gəlin aydınlaşdırmağa çalışaq, “vurulması” planlaşdırılan icra başçıları kimlərdir və hansı məmurların zəmanəti ilə vəzifəyə təyin olunublar? Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov 2009-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışmış, hazırda isə nəqliyyat nazirinin müavini postunu tutan Arif Əsgərovun dost-doğma qardaşıdı. Məlum olduğu kimi, Arif Əsgərovun üzərində ciddi şübhələr var və onun adı 48 milyonluq məlum qalmaqalda hallanır. Odur ki, indi Arif Əsgərovun özünə etimad itibsə hansı məntiqlə onun zəmanəti ilə Qazaxa icra başçısı təyin olunan qardaşı görəvdə saxlanılmalıdır? Adları çəkilən digər icra başçılarının situasiyası da oxşardır.” “Unikal” qəzeti isə xatırladır ki, “vurulacaq” dörd icra başçısından biri olan Kürdəmir RİH başçısı Ceyhun Cəfərov məlum olaylarla bağlı həbs olunmuş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun bacısının yoldaşıdır. Qeyd edək ki, Kürdəmir RİH başçısının “krışası” sayılan Vidadi Zeynalov cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur, bu isə Ceyhun Cəfərovun vəziyyətinin də ağırlaşacağından xəbər verir. Siyahıda adları yer alan Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov və Ucar RİH başçısı Mənsur Məmmədov isə hakimiyyət düşərgəsində mövqeləri əhəmiyyətli şəkildə laxlayan nəqliyyat naziri Ziya Məmmədova bağlı kadrlardır. Ucarın icra başçısı Mənsur Məmmədov isə Ziya Məmmədovun həm də əmisi oğludur. İndi isə sual olunur: Əgər Ziya Məmmədov daha əvvəlki gücünü və etimadını itiribsə, qardaşı Elton Məmmədov mandat qazana bilmədisə onun kadrları olan icra başçılarının “vurulmasından” təbii nə ola bilər? Digər tərəfdən isə adları çəkilən hər bir icra başçısının adı son günlər həm korrupsiya olaylarında, həm də sahibkarlara qarşı təzyiqlərdə daha çox hallanır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
|