Qoca Səmədov rayonu belə idarə edir... - ŞİKAYƏT VAR
Tarix: 14-01-2016, 10:17 | Çap et
"Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır".
Bu sözləri prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun çıxışı zamanı demişdi. Dövlət başçısının məlum iradlarından sonra bəzi məmurlar, əsasən də yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri əhalinin qayğıları ilə yaşamağa başlayıblar. Bəzi məmurlar isə hələ də qanunsuz əməllərini davam etdirirlər. Əhali ilə normal münasibət yaratmağı bacarmayaların sırasında Yevlax şəhərinin bir sıra vəzifəli şəxslərinin adları da ön sıralarda qeyd olunur. Yevlax şəhəri, Q.Quliyev küçəsi 4 a, mənzil 8 ünvanında yaşayan Narıngül Xudiyeva da redaksiyamıza gələrək təqdim etdiyi şikayət məktubunda yerli məmurların onu narahat edən problemlərinə biganə yanaşdığını dedi: «Bildirirəm ki, mən 21 il dövlətə işləmişəm. Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun Yevlaxdakı keçmiş yun zavodunda işləyəndə mənzil növbəsində 4-cü idim. Neçə illər yeni mənzilə köçəcək ümidi ilə yaşadım. Nahaq deməyiblər ki, sən saydığını say, gör, fələk nə sayır. Bir gün eşitdim ki, zavodun işçilərinə mənzil tikintisi dayandırılıb».
“Torpaqların paylanmasına nəzarət edən Zaməddin adlı şəxs və Yevlaxın sabiq icra başçısı Elmar Vəliyev həmin torpaq sahəsini əlimdən alaraq imkanlı adamlara satdılar”
Şikayətçinin yazdığına görə, yun zavodunda uzun illər qüsursuz işlədiyinə görə ona Yevlax şəhər avtovağzalının yaxınlığında 6 sot torpaq sahəsi də verilib: «Ancaq rayonda torpaqların paylanmasına nəzarət edən Zaməddin adlı şəxs və Yevlaxın sabiq icra başçısı Elmar Vəliyev həmin torpaq sahəsini əlimdən alaraq imkanlı adamlara satdılar. Rayonda aidiyyəti qurumlara şikayət edən zaman isə qarşıma yüz hoqqalarla çıxdılar. Sanki məni bir uğursuzluq izləyirdi. Belə ki, Yevlax şəhər mədrəsəsində on il dini təhsil aldım. Lakin axund Hacı Namiq Əliyev, nədənsə, mənə mədrəsədə təhsil almağım barədə diplom vermədi. Dedi ki, guya mən üç il təhsil almışam. Sonradan öyrəndim ki, axundun sözü ilə əməli düz gəlmir, yəni rüşvətsiz iş görmür. Halbuki mən Allah, din-islam yolunda can qoymuşam. Ona görə də bu gün axund Hacı Namiqdən dirlomumu tələb etmək haqqım var. Məlumat üçün onu da bildirirəm ki, atam vaxtilə böyük vətən müharibəsində iştirak edib. İkinci qrup əlil olub. Ölkədə meşə və yaşıllığın salınmasında böyük əməyi keçib. Hətta o dövrdə atamı bu əməyinə görə Sov.İKP MK-nın Baş katibi Nikita Serqeyeviç Xruşşov mükafatlandırıb. Vaxtilə bütün sövet və xarici mətbuat atamdan yazıb. O, nə əkibsə, dərmansız-zadsız bol bəhrə verib. Çünki atam tanınmış aqronom idi. Həmişə dövlət işində yüksək vəzifələrdə çalışıb. Atamla anam səxavəti, xeyriyyəçiliyi ilə də el-obada sevilirdilər. Bütün bunlar nənəmdən, babamdan keçmədir. Biz kökdən-nəsildən belə olmuşuq. Ancaq bu gün mən Yevlaxda at oynadan bəzi məmurların sayəsində imkansız şəraitdə yaşamaq məcburiyyətindəyəm. Hələ vaxtilə bu barədə ghtpbltyn Heydər Əliyevə, sonralar cənab prezident İlham Əliyevə dəfələrlə müraciət etmişəm. Ancaq heç bir müsbət nəticəsi olmayıb. Hal-hazırda Yevlax şəhər 4 saylı təmir istismar sahəsində rüsumçu işləyirəm. Bu gün istəyirəm ki, mənim də evim olsun, normal şəraitdə yaşayım. Ona görə də dövlətdən maddi yardım istəyirəm. Əgər bunu istəməyə haqqımız yoxdursa, bu, başqa məsələ. Üzləşdiyim problemlərlə bağlı Yevlax şəhər rəhbərliyinə, aidiyyəti digər qurumlara dəfələrlə müraciət etmişəm. Kömək əvəzinə, daim kobud münasibətlərlə, şantaj xarakterli təzyiqlərlə rastlaşmışam. Son dəfə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun qəbulunda olmuşam. O da mənə qışqırıb dedi ki, niyə prezidentə şikayət etmisən? Dedim ki, mən də Azərbaycan vətəndaşıyam, məgər mənim öz dövlətimin başçısına müraciət etmək hüququm yoxdur? Bəs hara müraciət etməli idim? Bəzi vəzifəli şəxslər isə məni cibimə narkotika qoymaqla hədələyirlər. Ad çəkmirəm, amma vaxt gələr, ad da çəkərəm. Bu barədə hələlik heç nə demək istəmirəm. Ona görə də ölkə başçısına müraciət edərək, dövlətdən kömək, maddi yardım istəyirəm”. Şikayətdə sadalanan iddialarla bağlı Yevlax şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
|