Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                     Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                     Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                     “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                 

Gəncənin üz qarası olan təhsil ocağı... - Elə həm də Azərbaycan təhsilinin utanc yeri...
Tarix: 29-01-2016, 11:41 | Çap et
Gəncənin üz qarası olan təhsil ocağı...
Azərbaycanın müasir təhsil sistemi medianın ən çox tənqid hədəfinə çevrilən sahələrindən biri və bəlkə də birincisidir. Hər gün qəzetlərdə, saytlarda orta məktəblərdən başlamış universitetlərə qədər müxtəlif təhsil müəssisələri ilə bağlı onlarla tənqidi yazıya rast gəlmək mümkündür. Azərbaycan Texnologiya Universiteti bu baxımdan adı ən çox hallanan təhsil ocaqlarından sayılır.

Bu da səbəbsiz deyil. Hələ ötən ilin əvvəllərində xəbər yayıldı ki, Maliyyə Nazirliyinin Mais adlı əməkdaşının rəhbərliyi ilə Azərbaycan Texnologiya Universitetində yoxlama aparılıb və 500 min manatdan artıq vəsaitin mənimsənilməsi faktı aşkarlanıb. Bundan sonra, ATU-da aləm bir-birinə dəydi. Rektor Akif Süleymanov məsuliyyətdən yayınmaq üçün bütün günahları təsərrüfat işləri üzrə prorektor Aslan Quliyevin üzərinə yıxmağa çalışdı. Prorektor isə onluq bir işin olmadığını bildirdi.

Az sonra Akif Süleymanovun ölkədən qaçması ilə bağlı yayılan xəbər ölkədə şok effekti yaratdı. Bir müddət rektordan xəbər almaq mümkün olmadı. Nəhayət ki, onun yaxınları Akif müəllimin ürəyində problem yaranması və buna görə də Türkiyəyə müalicəyə getməsi ilə bağlı açıqlama yaydılar. Bu müəmmalı səfər 3 aydan çox çəkdi və nəhayət ki, Akif Süleymanov Gəncəyə qayıtdı.

Rektorun dönüşündən sonra nələrin baş verəcəyi böyük maraqla gözlənilirdi. Bəziləri onun həbs ediləcəyini, bəziləri isə ən azı vəzifəsindən azad olunacağını ehtimal edirdi. Lakin bunların heç biri baş vermədi. Yalnız təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Akif Süleymanova işində yol verdiyi nöqsanlara görə töhmət verildi. Ardınca isə birdən-birə 4 dekan işdən azad edildi. Halbuki, laboratoriyalara, kafedralara alınmalı olan avandanlıqlar, hətta kimyəvi məhlul belə “kağız” üzərindən həyata keçirilirdi, amma ayrılan vəsait Akif Süleymanov tərəfindən mənimsənilirdi. Belə deyildisə, texniki inventarizasiya ilə bağlı Maliyyə Nazirliyi 500 min manat mənimsənilən vəsaiti haradan aşkarladı? Dekanlar sessiya imtahanlarından kəsilən tələbələrə kredit pulunu artıq yazmaq üçün məcbur edilirdi. İmtahanlardan kəsilən tələbələrin appelyasiya şikayət ərizəsi yazması az idi. Gərək hər bir fənn üzrə imtahan kəsirinə tələbələr 500 manat rüşvət də verərdilər. Belə olan təqdirdə Akif Süleymanovun məsuliyyəti yoxmuş kimi davranması necə təəccüb doğurmaya bilər?

Faktinfo.az saytına sözügedən universitetin müəllimi tərəfindən daxil olan məlumata görə, yaranmış vəziyyətin bu cür qiymətləndirilməsi ATU-da hökm sürən gərginliyi bir qədər də artırıb. Sanki, alovun üzərinə su əvəzinə benzin töküblər. Universitetin əksər müəllim və tələbələri baş alıb gedən bütün qanunsuzluqların – talançılığın, rüşvətxorluğun, intizamsızlığın, qohumbazlığın və s. negativ halların əsl günahkarı kimi Akif Süleymanovun adını çəkirlər. Qayıbı belə tələbəyə güzəştə getməyən rektor bir qayıba görə tələbədən 8 manat pul aldırırdı. Tələbələrdən alınan illik təhsil haqlarını silib mənimsəyirdi. Orada ədalətli yoxlama aparılsaydı, universitetə ayrılmış vəsaitlərin və büdcədən kənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair milyonlarla manat vəsaitin mənimsənilməsi ilə baglı faktların aşkarlanması mümkün idi.

Doğrudan da, rüşvətlə işə girən kadrlardan, semestr imtahanlarında yığılan pullardan, aylığa buraxılan tələbələrdən, müxtəlif adlar altında silinən büdcə vəsaitindən rektorun xəbəri olmaya bilərmi?! Prorektor və ya dekanın bu işlərlə özbaşına məşğul olması mümkündürmü?! Əlbəttə ki, yox!..

Ödənişli əsaslarla təhsil alan tələbələrə qanunla təqaüd kartı verilə bilməz. Ancaq faktinfo.az saytına verilən məlumata görə, ATU-da 200-dən çox belə tələbə kartla təmin olunub. Kapital bankdan onların adına kart açılması üçün tələb olunan arayış isə birbaşa rektorun göstərişi və əmri əsasında verilib. Təbii ki, əldə olunan kartlar da sonradan tələbələrin cibində deyil, rəhbərliyin kassasında saxlanılır.

Dərs prosesində qəflətən reydlər təşkil edilsə, məlum olar ki, əslən Gəncə ətrafındakı rayonlardan olan tələbələrin böyük əksəriyyəti yerində yoxdur. Onların hansı səbəbdən və nəyin müqabilində tədrisdən yayınmaları heç kəsə sirr deyil. Hətta elə tələbələr var ki, adları dərsdə getsə də, özləri Rusiyada alverlə məşğuldur. Həmin tələbələr hər semestr üçün 800-900 manat rüşvət verirdilər. Əvəzində semestrə qədərki aylarda onlara lazım olan qədər bal yazılırdı. Semestr boyu qayıbları qeydə alınmır və normal davamiyyət yazılır, hər imtahan zamanı 25 sualdan 9-10-na düzgün cavab verdikləri qeyd edilirdi. Yəni, necə DYP-də rüşvətlə sürücülük vəsiqəsi alınırsa, ATU-da da həmin sistem ilə imtahan götürülürdü.

Gündəlik dərsə gəlməyən digər tələbələr isə 500-600 manat xərcə düşməli olurdular. Hər gün dərsə gələn, yaxşı oxuyan, laboratoriya işlərini normal verən, ancaq maddi imkanı zəif olan tələbələr isə imtahanlardan kəsilir, incidilir, uzun müddət get-gələ salınırdı. Bir kollekium işinə görə tələbə 10 manat versin deyə məcbur edilirdi.

Maraqlıdır ki, ali məktəb daxilindəki hərc-mərclik, narazılıq rektoru o qədər də narahat etmir. Akif Süleymanov üçün əsas odur ki, Təhsil Nazirliyi və bir də Gəncə şəhərinin rəhbərliyi onun “fəaliyyətindən” razı qalsın. Elə bu yaxın münasibətin nəticəsidir ki, o qədər qanunsuzluqların qarşılığında bir töhmətlə canını qurtara bilib.

Gəncədə, eləcə də ətraf rayonlarda Akif Süleymanovla bağlı maraqlı bir söhbət də gəzir. Belə ki, onun qohumları, dostları əminliklə danışırlar ki, nə qədər Elmar Vəliyev Gəncənin icra başçısıdır, Akif Süleymanov öz vəzifəsində qalacaq. Üstəlik bildirirlər ki, indiki Təhsil naziri Mikayıl Cabbarovun vaxtında rektor təyin edilməsi də, onun şanslarını artırır. Yəni, “alan” razı, “satan” razı…

Belə çıxır ki, tədris prosesinin son dərəcə aşağı düşməsi, praktik təcrübələrin keçirilməməsi, nəticə etibarı ilə yüksək səviyyəli kadrların hazırlanmaması heç kəsin vecinə deyil. Maraqlıdır, bu günün tələbələri sabah mütəxəssis kimi emal müəssisələrində fəaliyyətə başlayanda nə iş görəcəklər, dövlətə, xalqa hansı xidməti göstərəcəklər? Axı il ərzində dövlət milyonlarla vəsaiti ATU-ya xərcləyir ki, orada yetişdirilən kadrlar istehsalat sahəsində çalışıb həm özlərinə, həm də dövlətə xeyir versinlər. Görünən odur ki, bu istiqamətdə milyonlar da havaya sovrulub. Tələbələr özləri də gələcəkdə Akif Süleymanovun vaxtında məzun olmaları ilə fəxr etməyəcəklər. Onlara hansı rektorun vaxtında təhsil alması sualı veriləndə Akif Süleymanovun adını çəkməyə utanacaqlar. Amma həqiqət odur ki, bir zamanlar universitetin tələbələri keçmiş rektor, professor Telman Məlikovla fəxr edirdilər.

Akif Süleymanov nə qədər ki, ATU rəhbərlik edəcək, onun “əməlləri” tükənməyəcək. Məsələn, bir müddət əvvəl keçirilən saxta dekan seçkiləri də buna misaldır. Dörd fakültədə dekan seçkiləri saxta keçirilib. Standartlaşma və Texnologiya fakültəsi üzrə beş namizəd olub: Əsgərov Namiq, Məlikov Məhəmməd, Hacıyev Rövşən, Musayev Həsən, Namazov Qəhrəman. Bu şəxslərin içindən ən pullusu, qaraj müdirinin oğlu olan Musayev Həsənin xeyrinə bulletenlər saxtalaşdırılaraq o dekan seçilib. On üç il əvvəl rüşvət üstündə ATU-dan qovulan şəxs, indi necə dekan seçildi?! ATU-da hamı bu saxta dekan seçkilərini müzakirə edir. Nədən Mikayıl Cabbarov bu saxta dekan seçkilərini araşdırmır?! Hələ də Akif Suleymanov müdafiə olunur. Dekan seçkilərində şanslı namizədlər kənarda qaldı, kimin pulu varsa, o dekan seçildi. Akif Suleymanova nazir töhmət də verdi ki, onun əməlləri yaxşılığa doğru dəyişsin, amma o xislətini dəyişmədi, dekan seçkilərini də saxta keçirdi. Haqlı sual olunur ki, bu şəxs islah olunmadısa, nədən hələ də ATU-nun rektoru olub, işləməlidir?!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru