Əsas Səhifə > Cəmiyyət, Manşet > Eldar Mahmudovun mülklərinə əl qoyulub

Eldar Mahmudovun mülklərinə əl qoyulub


12-03-2016, 13:24
Eldar Mahmudovun mülklərinə əl qoyulub
Ötən il hafta.az-ın araşdırması nəticəsində üzə çıxardığı Eldar Mahmudovun Badamdar qəsəbəsində yerləşən “Avtomobil dünyası” adlı avtosalon və oğluna məxsus bahalı içkilər dükanı hazırda Mahmudovlar ailəsinin əlindən tam alınıb.

Hafta.az-ın redaksiyasına daxil olan məlumata görə, artıq bu bina dövlət qurumlarından birinin nəzarətinə verilib. Binanın gələcək taleyi barədə hələ ki, məlumat yoxdur. 4 mərtəbəli binada maşın servisi və kimyəvi təmizləmə fəaliyyəti də dayandırılıb.

Eldar Mahmudovun mülklərinə əl qoyulub

Qeyd edək ki, “Avtomobil dünyası” maşın salonu 8 ildən çox müddətdir ki, fəaliyyət göstərirdi. Bu avtosalonda Bakının ən bahalı markalı maşınları satılıb. 13.11.2015-ci il tarixində isə salonda olan bütün avtomobillər oradan çıxarılarq aparılıb.

Geri qayıt