Eldar Mahmudovun mülklərinə əl qoyulub - İlginc iddialar
Tarix: 12-03-2016, 13:24 |
Çap et
Ötən il hafta.az-ın araşdırması nəticəsində üzə çıxardığı Eldar Mahmudovun Badamdar qəsəbəsində yerləşən “Avtomobil dünyası” adlı avtosalon və oğluna məxsus bahalı içkilər dükanı hazırda Mahmudovlar ailəsinin əlindən tam alınıb.
Hafta.az-ın redaksiyasına daxil olan məlumata görə, artıq bu bina dövlət qurumlarından birinin nəzarətinə verilib. Binanın gələcək taleyi barədə hələ ki, məlumat yoxdur. 4 mərtəbəli binada maşın servisi və kimyəvi təmizləmə fəaliyyəti də dayandırılıb.
Qeyd edək ki, “Avtomobil dünyası” maşın salonu 8 ildən çox müddətdir ki, fəaliyyət göstərirdi. Bu avtosalonda Bakının ən bahalı markalı maşınları satılıb. 13.11.2015-ci il tarixində isə salonda olan bütün avtomobillər oradan çıxarılarq aparılıb.