Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycanda əfvlə yanaşı böyük amnistiya veriləcək

Azərbaycanda əfvlə yanaşı böyük amnistiya veriləcək


31-01-2018, 11:34
Azərbaycanda əfvlə yanaşı böyük amnistiya veriləcək
Azərbaycanda növbəti əfv sərəncamının imzalanması ilə yanaşı böyük amnistiya aktının verilməsi gözlənilir.

Bu barədə AzVision.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Hüquq müdafiəçisi hesab edir ki, növbəti əfv sərəncamı və amnistiya aktı ilə daha çox məhbus azadlığa çıxacaq:

“Əfv və amnistiya daha çox insanı əhatə edəcək və bütün təbəqələrdən olan məhbuslara şamil olunacaq. Bu humanist adımın Novruz bayramı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində atılmasını gözləyirik”.

Qeyd edək ki, ötən gündən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının keçirilməsinə başlanılıb. Ümumilikdə indiyə qədər komissiyaya 1000-dək müraciət daxil olub.

Geri qayıt