Azərbaycanda əfvlə yanaşı böyük amnistiya veriləcək - Gözlənti
Tarix: 31-01-2018, 11:34 |
Çap et
Azərbaycanda növbəti əfv sərəncamının imzalanması ilə yanaşı böyük amnistiya aktının verilməsi gözlənilir.
Bu barədə AzVision.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Hüquq müdafiəçisi hesab edir ki, növbəti əfv sərəncamı və amnistiya aktı ilə daha çox məhbus azadlığa çıxacaq:
“Əfv və amnistiya daha çox insanı əhatə edəcək və bütün təbəqələrdən olan məhbuslara şamil olunacaq. Bu humanist adımın Novruz bayramı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində atılmasını gözləyirik”.
Qeyd edək ki, ötən gündən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının keçirilməsinə başlanılıb. Ümumilikdə indiyə qədər komissiyaya 1000-dək müraciət daxil olub.