Əsas Səhifə > Cəmiyyət, Manşet > Dövlət təşkilatları keçmiş nazir üçün SƏFƏRBƏR EDİLİB

Dövlət təşkilatları keçmiş nazir üçün SƏFƏRBƏR EDİLİB


25-08-2024, 15:48
Dövlət təşkilatları keçmiş nazir üçün SƏFƏRBƏR EDİLİB
5 il Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik etmiş, hazırda isə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi 51 saylı Şirvan seçki dairəsindən verilən Heydər Əsədovun deputatlığı üçün Şirvanda bütün idarə və təşkilatların rəhbərləri səfərbər edilib.

Dia-az.İnfo bildirir ki, bu barədə Şirvandakı mənbə xəbər verir və məlumatdan aydın olur ki, onlara tapşırıq verilib.

Qeyd edək ki, Heydər Əsədovun sözügedən dairədən əsas rəqibi tanınmış jurnalist Peyman Sadıqovdur.

Görünəni odur ki, rektorun jurnalist üzərində "qələbəsi" artıq qətiləşib.
Geri qayıt