5 il Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik etmiş, hazırda isə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi 51 saylı Şirvan seçki dairəsindən verilən Heydər Əsədovun deputatlığı üçün Şirvanda bütün idarə və təşkilatların rəhbərləri səfərbər edilib.
Dia-az.İnfo bildirir ki, bu barədə Şirvandakı mənbə xəbər verir və məlumatdan aydın olur ki, onlara tapşırıq verilib.
Qeyd edək ki, Heydər Əsədovun sözügedən dairədən əsas rəqibi tanınmış jurnalist Peyman Sadıqovdur.
Görünəni odur ki, rektorun jurnalist üzərində "qələbəsi" artıq qətiləşib.