Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycandan İŞİD-ə qoşulmaq üçün gedən vəhabilər Türkiyə ərazisində ilişib qalıblar
Azərbaycandan İŞİD-ə qoşulmaq üçün gedən vəhabilər Türkiyə ərazisində ilişib qalıblar15-10-2014, 14:45 |
DİA.AZ: - «Bu gün Türkiyədə onlarla azərbaycanlı vəhabi var ki, Suriya ərazisinə keçməyə hazırlaşır». Bu şok məlumat DİA.AZ-ın elektron ünvanına göndərilib. Xəbəri anonim olaraq verən mənbə iddia edir ki, ümumiyyətlə, Azərbaycandan İŞİD sıralarına cəlb olunanların böyük əksəriyyəti Türkiyə üzərindən Suriya və İraqa göndərilir. dia-az.life-a daxil olan məlumat belədir: «Azərbaycandan Suriyaya gedən 40-a yaxın mücahid Türkiyənin Adana şəhərində qərarlaşıb. Onlar İŞİD-ə qoşulmaları üçün müvafiq annı gözləyirlər. Son günlər Türkiyənin öz sərhədlərini möhkəmlətməsi digər ölkələrdən gələn vəhabilərlə yanaşı, Azərbaycandan gedən vəhabilərin də İŞİD-ə qoşulmasını yubadır». Daha sonra məlumatında mənbə iddia edir ki, Azərbaycandan gedən vəhabilərə elə Türkiyə ərazisindəcə hərbi təlimlər keçirilir. Onu da bildirək ki, qardaş Türkiyənin rəsmi dairələrinin İŞİD-dən son zamanlara istifadəyə cəhddə bulunması haqda da müəyyən iddialar səslənməkdədir. Eyni zamanda Türkiyə KİV-lərində yer alan məlumatlarda deyilir ki, bu gün qardaş ölkənin küçələrində İŞİD-çilər olduqca sərbəst dolaşa bilir, hətta Türkiyənin xəstəxanalarında belə müalicə olunurlar. Geri qayıt |