Azərbaycandan İŞİD-ə qoşulmaq üçün gedən vəhabilər Türkiyə ərazisində ilişib qalıblar - Onlara Adana yaxınlığında hərbi təlim keçirlər
Tarix: 15-10-2014, 14:45 |
Çap et
DİA.AZ: - «Bu gün Türkiyədə onlarla azərbaycanlı vəhabi var ki, Suriya ərazisinə keçməyə hazırlaşır». Bu şok məlumat DİA.AZ-ın elektron ünvanına göndərilib.
Xəbəri anonim olaraq verən mənbə iddia edir ki, ümumiyyətlə, Azərbaycandan İŞİD sıralarına cəlb olunanların böyük əksəriyyəti Türkiyə üzərindən Suriya və İraqa göndərilir.
dia-az.life-a daxil olan məlumat belədir: «Azərbaycandan Suriyaya gedən 40-a yaxın mücahid Türkiyənin Adana şəhərində qərarlaşıb. Onlar İŞİD-ə qoşulmaları üçün müvafiq annı gözləyirlər.
Son günlər Türkiyənin öz sərhədlərini möhkəmlətməsi digər ölkələrdən gələn vəhabilərlə yanaşı, Azərbaycandan gedən vəhabilərin də İŞİD-ə qoşulmasını yubadır».
Daha sonra məlumatında mənbə iddia edir ki, Azərbaycandan gedən vəhabilərə elə Türkiyə ərazisindəcə hərbi təlimlər keçirilir.
Onu da bildirək ki, qardaş Türkiyənin rəsmi dairələrinin İŞİD-dən son zamanlara istifadəyə cəhddə bulunması haqda da müəyyən iddialar səslənməkdədir. Eyni zamanda Türkiyə KİV-lərində yer alan məlumatlarda deyilir ki, bu gün qardaş ölkənin küçələrində İŞİD-çilər olduqca sərbəst dolaşa bilir, hətta Türkiyənin xəstəxanalarında belə müalicə olunurlar.