
SƏRNİŞİNLƏR HƏLƏ XEYLİ TƏRLƏMƏLİ OLACAQ
Bu yay Bakı Metropolitenində qatarların vaqonlarına kondisionerlər quraşdırılmayacaq. Bakı Metropolitenin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, bu il də vaqonlara kondisionerlərin quraşdırılması real görünmür.
Çünki vaqonlara kondisioner quraşdırmaq çox baha başa gəldiyindən bu plan ləğv edilib. Bunun əvəzində isə Bakı Metropoliteninə yeni kondisionerli vaqonlar gətiriləcək. Çox təəssüf ki, bu da bu mövsüm ərzində baş verməyəcək.