“İBRAHİM BƏYDƏN HƏLƏLİK UZAQDA OLSAM DA”...
Tarix: 23-06-2012, 12:43 |
Çap et
“TELEFON ZƏNGLƏRİMİ ƏSİRGƏMİRƏM”
Ötən gün bacısı Müşərrəfin doğum günü məclisində iştirak edən və təbrikini mahnıları ilə də bildirən Azəri Günel Türkiyəyə qayıtmağa hazırlaşır.
Səfərini doğum gününə görə uzadan sənətçi ikinci vətəni olan Türkiyəyə gedib, albom hazırlıqlarını davam etdirəcək. Onun planında ünlülərlə duet oxumaq da var. Bu barədə Günel xanım Milli.Az-a bunları danışıb:
«Hazırda mahnılar aranjmandadır. Qayıdıb onları lentə yazdıracam. Oktyabrın 25-i doğum günümdür. Həmin ərəfələrdə albomun təqdimatını düşünürəm. O zamana kimi duet mahnıların yazılacağı düşünülür».
Günel duetin ünlülərlə olacağını istisna etmədi. İbrahim Tatlısəsin səhhətinin yaxşılığa doğru getdiyini deyən Günel onunla yenidən mahnı paylaşmaq arzusunda olduğunu bildirdi.
«İbrahim bəydən hələlik uzaqda olsam da, telefon zənglərimi əsirgəmirəm. Dərdləşirik, onunla yenidən oxumaq istədiyimi bildirmişəm», - deyən Günelin Sibel Canla isti münasibətdə olduğunu nəzərə alıb, onunla duet mahnı oxuyub-oxumayacağını xəbər aldıq.
«Əlbəttə, düşünürəm. Sibel Canın da fikri var. Onun Şövkət Ələkbərovanın repertuarından oxuduğu mahnını o qədər bəyəndim ki, elə söhbətlərimizin birində bu barədə danışmışıq», - deyən Günel sözügedən albomu hazır olandan sonra konsert verəcəyini də diqqətə çatdırdı.