KƏLƏKİ KƏNDİ ƏBÜLFƏZ ELÇİBƏYİ UNUTMUR
Tarix: 24-06-2012, 11:47 | Çap et
BU GÜN – 24 İYUN MƏRHUM REZİDENTİMİZİN DOĞUM GÜNÜDÜR
Mərhum eks-prezidentin qaldığı evə baş çəkirəm. İndi qapısı bağlı bu evdə, heç kim yaşamır. Bələdçimiz qonşu uşağı çağırıb Əbülfəz Elçibəyin düz 4 il yaşadığı bu kimsəsiz evin qapısını açdırır: "Bu, Əbülfəz Elçibəyin iş otağıdır..."
Naxçıvana gəlmək çətindir. Ancaq ondan da çətini Naxçıvandan getməkdir. Əslində Naxçıvana bir gəlib çatanda sevinirsən, bir də oradan getdiyinə tam əmin olanda. Çünki təyyarəyə minmək, trapın təyyarədən ayrılması və təyyarənin uçuş zolağına çıxması hələ uçuşun olacağı anlamına gəlmir. Uçuş qərarı hər dəqiqə dəyişə bilər. Bu barədə sonda.
Əvvəlcə ötən verilişimizdə yarımçıq qalan bir mətləbə aydınlıq gətirməyə çalışaq. Necə olur ki, əhalinin ilbəil azaldığı, iri müəssisə və zavodların hələ də tam işə düşmədiyi Naxçıvanda mehmanxanaların sayı durmadan artır? Bu sualın cavabı çox sadədir. Naxçıvanda danışırlar ki, mehmanxanalar əsasən qonşu İrandan gələn tacirlərin sayəsində gəlir qazanırlar. Onlar həm bu mehmanxanalarda gecələyir, həm də orada yaradılan sərbəstlikdən geninə-boluna istifadə edirlər. İranlı tacirlər gözləməkdə olsunlar, Sizə yerli bazarlardan bəhs edim.
"Saat 11 olub hələ siftə etməmişəm. Ya soyuqdur, ya da başqa bir səbəb var ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Ancaq keçən qış bundan yaxşıydı…" Bunu Naxçıvanda «57» adlanan bazarın bir satıcısı dedi. Satıcılar alverin getməməsindən gileylənirdilərsə, müştərilər də qiymətlərin bahalığından narazılıq edirdilər: "Bazar od tutub alışır. Almaq istədiklərimizin çoxunu ala bilmirik…" Naxçıvanın başqa bazarlarında da eyni vəziyyətlə qarşılaşacaqsan. Yeni istifadəyə verilən «Cahan» Ticarət Mərkəzində də satıcıların sayı alıcılardan çoxdur. Ancaq deyəsən, «Cahan» Ticarət Mərkəzində müştərilərin azlığı təkcə onların alıcılıq qabiliyyətinin aşağı olmasıyla bağlı deyil. Satıcılar danışır ki, köhnə bazarda alver daha yaxşı gedirmiş. Sadəcə orada "quş qripi"nin olmasıyla bağlı şayiə yayılıb və bunun ardınca da onları məcburi qaydada «Cahan»a köçürüblər. Deyilənə görə, hələlik "yer pulu" verməsələr də, əvvəlki qədər də qazana bilmirlər. Çünki bu bazar əhalinin gediş-gəlişi üçün münasib yerdə tikilməyib. Bununla belə, bazara gələn müştərilərin bəziləri deyirdilər ki, iş yerləri olsa, nə bazarın uzaqlığı, nə də qiymətlərin bahalığı onların gözünə görünməz.
Kələki kəndi, Əbülfəz Elçibəyin qaldığı ev, 26 yanvar 2006
Bütün narazılıqların başlıca səbəbi işsizlikdir. İşsizliklə bağlı giley-güzarı təkcə bazarlarda yox, demək olar ki, hər yerdə sadə insanlardan eşitmək mümkündür. Ancaq bir də görürsən ki, 100-200 nəfərlik balaca bir iş yerinin açılması bir neçə kəndə əhalinin güzəranını dəyişdirir. Belə bir halla Ordubad rayonun kəndlərində qarşılaşdım.
Ordubad rayonunda qızıl yatağının istismarı ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə Kələki və ətraf kəndlərdən təqribən 100-150 nəfər işçi götürülüb. Bununla da bu kəndlərdə həyat bir növ yenidən canlanıb.
Əbülfəz Elçibəyin yazı masası, 26 yanvar 2006
"Əvvəllər Kələki və ətraf kəndlərdə əhali mağazadan ərzağı belə nisyə alırdı. İndi qızıl mədənində iş yerlərinin açılması əhalinin vəziyyətini olduqca yaxşılaşdırıb. İndi mağazalara olan borcları ödəmək üçün Türkiyə və Rusiyaya işləməyə gedənlərin yolunu gözləməyə ehtiyac bir elə də qalmayıb...". Bunu mənə Kələki kəndində dedilər. Ancaq bu qızıl mədəni də hələ Kələki kəndinə 10 il əvvəlki qaynarlığı gətirməyib. 1993-cü ilin iyun qiyamından sonra mərhum eks-prezident Əbülfəz Elçibəyin Kələkiyə pənah aparmasıyla onun doğulduğu bu kənd az qala Azərbaycanın ikinci paytaxtına çevrilmişdi. Deyilənlərə görə, Əbülfəz Elçibəyin Kələkidə qaldığı 4 ildə bu kəndə nəinki Bakı və Azərbaycanın müxtəlif rayonlarından, hətta qonşu Türkiyədən saysız qonaqlar gəlib. Balaca bir dağ kəndin bu qədər qonaq-qaranı necə qəbul edib yerləşdirdiyi çoxlarına hələ də təəccüblü görünür. Kələkidə nə Əbülfəz Elçibəyi, nə də o günləri unudublar.
Mərhum eks-prezidentin qaldığı evə baş çəkirəm. İndi qapısı bağlı bu evdə, heç kim yaşamır. Bələdçimiz qonşu uşağı çağırıb Əbülfəz Elçibəyin düz 4 il yaşadığı bu kimsəsiz evin qapısını açdırır: "Bu, Əbülfəz Elçibəyin iş otağıdır...".
Əbülfəz Elçibəyin iş otağı o qədər də böyük deyil. Divarda Məmməd Əmin Rəsulzadənin, Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin və Seyid Cəfər Pişəvərinin portretləri var. Yazı masasının üstündə isə prezident seçildikdən sonra ona verilən vəsiqə, vəsiqənin yanında isə içində hələ də bir neçə siqaret qalan «Camel» qutusu var. Görünür Əbülfəz Elçibəy 1997-ci ildə Bakıya qayıdarkən həmin vəsiqəni özü ilə götürməyi lazım bilməyib. Prezident kimi gəldiyi bu kənddən sadə vətəndaş kimi gedib. Bələdçimiz isə Əbülfəz Elçibəylə bağlı xatirələrinə ara vermir:
"Bəyin Bakıya qayıtmasına iki il qalmışdı, düz Kələki kəndinin girişinə polis postu qoyuldu. Bəy həmin polisləri bizdən ayırmırdı. Bizə tapşırmışdı ki, kəndə bir toy oldumu, polislərin də payı göndərilsin. Baxmayaraq ki, bu polis postu onun yolunu kəsmək üçün qoyulmuşdu...".
Düz 12 il əvvəl də mən Naxçıvana gəlib Kələki kəndinə baş çəkmişdim. O vaxt Culfa rayonunun girişindən Kələki kəndinə qədər düz 8 yerdə polis postu var idi. Hətta o vaxt biz bu postlardan keçə bilmədiyimizdən, dağ yolu ilə Kələkiyə getmişdik. İndi nə Əbülfəz Elçibəy var, nə də həmin polis postları.
Naxçıvanda olduğum bu 4 gün ərzində isə hara getdimsə, bir neçə polis daim ardımca gəldi. Hətta geri Bakıya qayıdarkən Naxçıvan Hava Limanında da onlar bir növ məni tək buraxmadılar. Ancaq onların hər hansı müdaxiləsi ilə qarşılaşmadım. Düzdür, uçuş yenə də ləngidi. Ancaq daha bundan danışmaq istəmirəm. Çünki onsuzda Naxçıvanda təyyarələrin uçuş cədvəli formal xarakter daşıyır və bu heç kimi təəccübləndirmir.
26 yanvar 2006-cı il / Azadlıq Radiosu /
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|