REPERLƏRİMİZ ARASINDA DAVA QIZIŞDI
Tarix: 24-06-2012, 16:20 |
Çap et
HÜSEYN DƏRYA: "BELƏ ADAMI AİLƏYƏ BURAXMAQ OLMAZ"
Yerli telekanallardan birinin efirində reperlər Elşad Xose ilə Hüseyn Dərya arasında qalmaq qızışıb. Elşad Xose deyib ki, daha Hüseyn Dəryaya onun hesabına şöhrətlənməyə imkan verməyəcək:
"Deyəsən, o, qabaqkı illərdəki kimi, məni tənqid eləməklə gündəmdə qalmaq istəyir. Amma mən ona belə imkan verməyəcəm. Bunu bir dəfə etmək olar, ikinci dəfə bu təkrarlanmayacaq. O adam barışar ki, küsdüyünə görə peşman olsun, həmçinin, gələcəkdə o küsdüyü ilə münasibət saxlasın".
Hüseyn Dərya isə öz növbəsində deyib ki, Xosenin adına ehtiyacı yoxdur, çünki öz adı artıq "brend"dir:
"Elşada niyə söz atım ki? Onda məndə olmayan nə var ki? O hətta məndən populyar da deyil. Adamlardan soruşsanız, hamı bilər ki, bizdən hansımız daha populyarıq. Yaxşı olar ki, mən özümdən üstün olanları tənqid edərək onların hesabına özümü reklam edim. Onun yeri isə ancaq diskotekalardır, belə adamı ailəyə buraxmaq olmaz. Ömrümün axırınadək mən o insanı qəbul etməyəcəm, o da məni". / Day.Az /