ALİM QASIMOVUN SƏSİ BATIB?
Tarix: 24-06-2012, 16:22 |
Çap et
“ÖMRÜMDƏ BU QƏDƏR HƏYƏCAN KEÇİRMƏMİŞƏM”
Azərbaycanın xalq artisti yerli telekanallardan birinə açıqlamasında səhhətində problem yarandığını bildirib.
Alim Qasımov deyib:
"Ömrümdə bu qədər həyəcan keçirməmişəm. Səsimdə problem yaranıb. Yaş da öz sözünü deyir, əvvəlki kimi həvəsim yoxdur. Əvvəllər bizə qonaq gələn kimi mən onlar üçün nəsə ifa edirdim. İndi, elə bil ki, oxumağa da utanıram. İndi başa düşürəm ki, səsim mənə nə qədər əzizdir, ona hörmət edib dəyər verməyə çalışıram. Hələlik səs tellərimin müalicəsi davam edir, amma artıq hiss edirəm ki, sağalıram".
Yeri gəlmişkən bildirək ki, hazırda xanəndə iyunun 30-da təşkil olunacaq konsertinə hazırlaşır. A.Qasımovun sözlərinə görə, konsertdə əcnəbi musiqiçilər də iştirak edəcəklər.