MÜĞƏNNİMİZ SUBAYLIĞIN DAŞINI ATDI
Tarix: 26-06-2012, 12:56 |
Çap et
ƏBDÜL KƏBİR “LİDER”İN APARICISI İLƏ AİLƏ QURDU
“Şeron” qrupunun solistlərindən biri olan Əbdül Kəbir subaylıq daşını atdı.
Milli.Az-ın toyda iştirak edən əməkdaşı xəbər verir ki, bu saatlarda şəhər restoranlarının birində böyük coşqu ilə davam edən xoş gündə əsl bayram abu-havası yaşanıb.
Tanınmış musiqiçi Rüstəm Zeynallının yetirməsi kimi “Şeron” qrupunda fəaliyyətini davam etdirən Əbdül Kəbirin evləndiyi xanım populyar estrada müğənnisi Yaşar Cəlilovun xalası qızı Jalə adlı xanımdır.
Əsasən yaxın qohumların iştirak etdiyi toyu idarə etmək missiyasını elə Rüstəm Zeynallı və rəhbəri olduğu qrupunun solistləri öz üzərilərinə götürüb.
Məlumat üçün bildirək ki, Kəbir həm də Lider telekanalının əməkdaşıdır. Bu səbəbdən də toyu qızışdıran tanınmış simalar da sözügedən televiziyanın aparıcıları oldular. “Rəngarəng” verilişinin aparıcısı Zaur Nəbioğlunun təşəbbüsü ilə “Fotoşokçu”lar Muradla, Novruz və
başqa dostları fəxri kürsüyə qalxdılar. Onlar bəylə-gəlinlə şəkil çəkdirmək əvəzinə, özəl məkanda rəqs etməyi daha üstün tutdular. Kəbir də onlardan geri qalmayıb, o, ki, var oynayıb, subaylığının son gecəsininin dadını çıxardı.