ETİRAZLAR BÜTÜN YUNANISTANI BAŞINA ALIR
Tarix: 21-10-2011, 14:17 |
Çap et
QIĞILCIM AFİNDAN ƏYALƏTƏ SIÇRAMAQDADIR
Yunanıstanda iki gündür, polislə nümayişçilər arasında davam edən toqquşmalarda 100-dən artıq insan yaralanıb.
DİA.AZ xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nümayişçilər polisi daş-qalaq edir, qarşılarına çıxan maşınlara, mağazalara od vururlar. Yaralılardan 32-si polis əməkdaşıdır. 80-dək insan həbs edilib.
Xatırladaq ki, yunanlar hökumətin iqtisadi siyasətinə etiraz edirlər.
Onu da bildirək ki, artıq baş verənlərə Afinadan kənar bölgələr də qoşulub.