“AZƏRSU” DAHA BİR DÖVLƏT QURUMUNA QARŞI
Tarix: 29-06-2012, 12:19 |
Çap et
POLİS AKADEMİYASI MƏHKƏMƏYƏ VERİLDİ
Bakı Apellyasiya Məhkəməsində “Azərsu” ASC-nin Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, “Azərsu” ASC cavabdehin hesabından əsas borc və dövlət rüsumu üzrə cəmi 74. 283.43 manat borcun iddiaçının xeyrinə tutulması barədə iddia ilə 2 saylı Bakı – İnzibati iqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.