XATUN BU YAY DİNCƏLMƏYƏCƏK
Tarix: 3-07-2012, 12:49 |
Çap et
MÜĞƏNNİ İSTİRAHƏT VAXTI İŞLƏMƏK NİYYƏTİNDƏDİR
Bir çoxlarından fərqli olaraq muğənni Xatun bu yay fəslində də dincəlməyi yox, işləməyi planlaşdırıb. "Artıq 6 ildir ki, professional səhnədəyəm. Amma hələ yadıma gəlmir yayda harasa gedim, hansısa ölkədə dincəlim. Mən bəziləri kimi bir mahnının ucundan yapışıb, il boyu gözə soxmağı xoşlamıram. İşləmək mənim üçün hər şeydən önəmlidir. Əgər bu sənətə gəlmişəmsə, özümü doğrultmadan istirahət etmərəm!" - deyə saytımıza açıqlama verən Xatun gününün çox hissəsini səsyazma studiyalarında keçirdiyini də etiraf etdi:
- Bir-iki yeni mahnılarım var, tezliklə tamaşaçıların ixtiyarına buraxacağam. Ümidvaram, seviləcək. Çox mənalı sözləri də var. Biri hətta yayın hitinə çevriləcək. Kliplərim də olacaq. Yeni mövsümdə daha maraqlı yeniliklərlə pərəstişkarlarımı sevindirəcəyəm.Yeri gəlmişkən, "Oxu Məni" qəzetini 14 yaşı tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Oxu Məni- oxuyum səni! Qələminiz iti olsun, əziz jurnalistlərimiz!