DAHA 22 APTEK NAZİRLİYİN CƏNGİNƏ KEÇDİ
Tarix: 3-07-2012, 13:14 |
Çap et
DEYİLİR Kİ, ONLARDA SERTİFİKATSIZ DƏRMAN OLUB
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) Bakının Binəqədi rayonunda fəaliyyət göstərən bir sıra apteklərə baxış keçirib.
DVAEM-dən APA-ya verilən məlumata görə, 20-si lisenziyalı, 1-i qanunsuz fəaliyyət göstərən aptekdə aparılan yoxlamalar zamanı xeyli miqdarda yararlılıq haqqında heç bir analiz protokolu olmayan dərman aşkarlanaraq götürülüb.
Mərkəzin inspektorları qanunsuz fəaliyyət göstərən 1 aptekin fəaliyyətini dayandırıblar. Buna səbəb aptekə verilmiş lisenziyanın müddətinin bitməsi olub. Həmin aptekdə 8 qutu sertifikatsız dərman da aşkarlanıb. 21 aptekdə ümumilikdə 409 qutu yararlılıq haqqında analiz protokolu olmayan dərman preparatları aşkarlanıb.