SAFURA MÜQAVİLƏSİNİ POZUB
Tarix: 5-07-2012, 12:53 |
Çap et
İSVEÇ ŞİRKƏTİ İLƏ ANLAŞMADA PROBLEM YARANIB
Müğənni Safura Əlizadə İsveç şirkəti ilə bağladığı müqavilənin bəzi bəndlərini pozub.
Day.Az saytı xəbər verir ki, müğənni bu barədə yerli telekanallardan birinə açıqlamasında deyib.
“Mənə icazə vermirdilər ki, azərbaycanlı müğənnilərlə işləyim, onların mahnılarını oxuyum. Onlar həmçinin mənim konsertlərdə çıxış etməyimə, efirə çıxmağıma və tədbirlərdə iştirak etməyimə qarşı idilər. Gərək mən əvvəldən bu məsələləri onlarla dəqiqləşdirərdim. Bir neçə dəfə efirdə görünməyimə görə onlarla problemlərim yaranıb. Ancaq mən dedim ki, istəyirəm və çıxacam. Mən efirdə görünməyə bilməzdim, çünki fanatlarım məni görmək istəyirdilər. İndi isə demək olar ki, hər şey qaydasındadır”, - S.Əlizadə əlavə edib.