İRANLA AZƏRBAYCAN YUMRUQ DAVASINDA
Tarix: 6-07-2012, 13:12 |
Çap et
FUTBOLÇULARIMIZI TƏHQİR EDƏN FARS OYUNÇU KÖTƏKLƏNDİ
DİA.AZ: - Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” növbəti yoxlama oyununa çıxıb. Zaqatala təmsilçisinin rəqibi İranın “Peykan” komandası olub.
Lakin matç başa çatdırılmayıb. Belə ki, qarşılaşma 60-cı dəqiqədə dayandırılıb. Buna səbəb dava düşməsi olub. Çox sərt mübarizə şəraitində keçən qarşılaşmada bir neçə futbolçu zədələnib.
Qeyd edək ki, "Simurq" bu oyunadək Kartepedeki hazırlıq dövründə daha iki yoldaşlıq görüşü keçirmişdi. Bu qarşılaşmalarda Georgi Çixradzenin yetirmələri yerli "Kocaelispor"u 4:2 hesabı ilə məğlub edib, "Spartak" (Naliçik, Rusiya) ilə oyunda sülh bağlamışdılar - 1:1.
DİA.AZ-a Türkiyədəki qaynaqlardan ötürülən məlumatda deyilir ki, «Simurq» futbol klubunun oyunçusu Nuran Qurbanova «Peykan» klubunun oyunçularından biri badalaq vurub və sonra da oyunçumuz fars futbolçu tərəfindən təhqir olunub.
Məlumatda deyilir: «Təmiz Azərbaycan türkcəsində fars futbolçu oyunçumuzu təhqir etdiyinə görə, buna dözə bilməyən Nuran Qurbanov onu kötəkləyib. Oyunu aparan türkiyəli hakimlər isə məsələyə qarışaraq, oyunu yarımçıq saxlamalı olublar».