BANKİRƏ QARŞI FIRILDAQÇILIQ İTTİHAMI
Tarix: 7-07-2012, 13:31 | Çap et
BİR QRUP ŞƏKİ SAKİNİ ADINDAN “BANK OF AZERBAİJAN”A MÜRACİƏT EDİLDİ
DİA.AZ: - Redaksiyamızın elektron poçtuna bir qrup Şəki sakini adından müraciət daxil olub. Bildirək ki, DİA.AZ-a ünvanlanan bu müraciətdə Şəkidə fəalliyyət göstərən bir bankirə qarşı çox sərt ittihamlar yer alıb. Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
“Hal-hazırda Şəkidə yaşayıb, iqtisadi sahədə cürbəcür fırıldaqlarla işləyən, lakin qarşısı lazımi qurumlar tərəfindən alınmayan və lazım gəldikdə müəyyən maraqlı insanlar tərəfindən cürbəcür şəraitlər yaradılaraq müəyyən vəzifələrə yerləşdirilən Orxan Surxay oğlu Məmmədov haqqında bəzi real faktları nəzərinizə çatdırırıq.
Bildiririk ki, Orxan Məmmədov bir müddət bundan əvvəl Texnikabank ASC-nin yenicə açılmış Şəki şöbəsində qısaca müddət müdir işləmişdir. O, iqtisadi təhsilə malik deyil, qeyri iqtisadi təhsilli (tarix müəllimi, necə oxumağı da məlum deyil) olsa da, ümumiyyətlə sırf savadsızdır. Bank işindən isə tam məlumatsızdır.
O, “Texnikabank”ın Şəki şöbəsinə bəzi maraqlı şəxslərin havadarlığı sayəsində müdir təyin etdirilmiş, ancaq çox çəkmədi ki, onun qara niyyəti alt-üst oldu. Təqribən iki ay sonra şöbənin, o cümlədən birbaşa müdirin bank işinə tam yararsızlığı, yarıtmaz fəaliyyəti, vəzifə səlahiyyətlərini kobud şəkildə aşması özünü göstərdi. Qəfləti yoxlama zamanı “Texnikabank”ın Şəki şöbəsinin kassasına müdir tərəfindən müdaxilə, yəni 16000-17000 AZN məbləğində əskikgəlmə halı müəyyən olunsa da, bu faktlar qısa zamanda ört-basdır olundu.
Təbii ki, güclü adam və pulun gücünə. Yalnız həmin şöbədən Orxan Məmmədov başda olmaqla (əmək kitabçasında bunlar öz əksini tapmasa da?!?...) işçi heyəti işdən kənarlaşdırıldı və yeni heyət təyin olundu.
Nə üçün hüquq-mühafizə orqanları və Mərkəzi Bank belə bir yüksək səviyyəli və qrup şəklində baş vermiş cinayət tərkibli əməlləri açmır, görünür heç açılmasında maraqlıda deyil. Baş vermiş belə bir kritik vəziyyətin bu şəkildə tam olaraq ram edilməsi nəyə xidmət edir?
Başa düşmək olar ki, ola bilsin ki, bu iş Şəkinin güc strukturlarının gücü xaricindədir.
Onu da bilirək ki, hələ bu hadisənin çoxsaylı görünməyən tərəfləri, “pərdə arxası qəhrəmanları” da var. Belə faktlar Orxan Məmmədovun ümumi iş fəaliyyətində çoxsaylıdır. Hələ bunlar da azmış kimi, “Texnikabank”ın Şəki şöbəsində ciddi qanun pozuntuları ilə yadda qalan, lakin “aydan təmiz sudan duru” çıxan Orxan Məmmədovu yenicə açılmış “Bank of Azerbaijan”ın Şəki filialına yenidən məqsədli şəkildə işə yerləşdirib və müdir vəzifəsini həvalə etdilər.
Təbii ki, yenə də “sabiq və etibarlı” day-dayıların, yenə də “pərdə arxası, gözə görünməz qəhrəmanların” havadarlığı və pulun(rüşvətin) əvəzsiz köməkliyi ilə. Orxan Məmmədovun və onun puluna baş əyən vəzifəli, havadar day-dayılarının əməlləri nə vaxta qədər davam edərək ört-basdır olunacaqdır?!?...
O.Məmmədov çəkinmədən onu da bildirir ki, “külli miqdarda rüşvətimi verib “Bank of Azerbaijan”a işə gəlmişəm, həmin vəzifəyə isə məni Azərbaycan Respublikasının keçmiş Hərbi Komissarı Əliağa Hüseynov təyin etdirib. O ki, qaldı Mərkəzi Bankın attestasiyasına, onu da həll etmişəm. Alimin (Mərkəzi Bankın İH Sədrinin birinci müavini Alim Quliyevi nəzərdə tutur) pulu artıq verilib, 2000 (iki min) manat. Alim ancaq mənə müsbət rəy yazmalıdır, başqa cür ola da bilməz, çünki həm pulu verilib, həm də başqa risk edə bilməz, əks halda başı ağrıyar”.
Çox təəccüblü də olsa ölkəmizdə dövlət səviyyəsində, şəxsən Dövlət başçımız cənab İlham Əliyevin başçılığı altında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı halda, belə bir qanuna sığmayan hərəkətlər həqiqətən də insanlarda sabaha inamsızlıq və hakimiyyətdən narazılıqlar yaradır ki, bu da xalqımız, dövlətimiz və dövlətçiliyimiz üçün böyük bir zərbədir.
“Bank of Azerbaijan” tərəfindən qəbul edilmiş belə bir qeyri obyektiv qərar isə uğurlu inkişaf yollarında olan Müstəqil Azərbaycanımızın hər bir vətəndaşına qarşı olan psixoloji təyziq, hörmətsizlik və təhqirdir. Başa düşmək olmur ki, “Bank of Azerbaijan”ın fəaliyyəti Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənmirmi?
Görünür, bu yalnız kağız üzərində belədir. Reallıq isə Azərbaycan Qanunlarının əksinədir. Deməli, baş vermiş faktlar onu göstərir ki, bu bankda işləmək üçün aşağıdakı qeyri-rəsmi tələblərə cavab verməlisən: bank rəhbərliyinə (bankın krışasına) yaxın, söz deyə biləcək adamın və eyni zamanda tələb olunan rüşvəti vermək üçün külli miqdarda pulun olmalıdır.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatının Şəki filialının keçmiş müdiuri Nəsimi Vaqif oğlu Əliyev həmin təşkilatın İşdən azad olunma haqqında 198 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən, işçi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə xələl gətirdiyi üçün 18 aprel 2012-ci il tarixdən işdən azad edilmişdir. O, etdiyi bütün qanun pozuntularında demək olar ki, filialın keçmiş işçisi Orxan Surxay oğlu Məmmədovla əlbir olub, xeyli cinayət tərkibli əməllər törətmişlər.
Görünür, bu hadisələrdən “Bank of Azerbaijan”ın xəbəri “yoxdur”, və ya üstündən ötüb keçir. Onu da bildirək ki, “Bank of Azerbaijan” Şəki filialının müdiri Orxan Məmmədov “KredAqro”-da etdiyi qanunsuz hərəkətləri ilə bağlı son zamanlar dəfələrlə “KredAqro”nun Şəki filialına çağrılaraq ondan izahatlar alınmışdır. Hadisənin mahiyyəti əsasən bundan ibarətdir ki, çoxsaylı müştərilərin adına rəsmiləşdirilən(heç bunların əksəriyyətindən müştərilərin xəbəridə olmamışdır) kreditlərin bütövlükdə Orxan Məmmədova çatması və onun tərəfindən mənimsənilərək ödənişin olmamasıdır.
Buna oxşar hadisələrlə bağlı bir müddət bundan qabaq O.Məmmədov hüquq-mühafizə orqanlarına düşüb, özünün dediyi kimi pul verib qurtarmışam. Hətta bu hadisələrdən Orxan Məmmədov öz narahatlığını da gizlətmir. Yəni o, bildirir ki, “Bank of Azerbaijan”ın rəhbərliyi bu hadisələri bilsə mənim üçün çətin olar. Hələ “Bank of Azerbaijan”da işləməzdən əvvəl “Texnikabank”ın Şəki şöbəsinə müdir təyin olunan Orxan Məmmədov çox qısa müddətdə yuxarıda adı qeyd olunan Nəsimi Əliyevlə birgə cinayət əməlinə girərək şöbənin kassasında yüksək məbləğdə nağd pul yoxa çıxdı.
Bütün bunlar Orxan Məmmədovun bank sekorunda törətdiyi iri miqyaslı cinayət tərkibli əməllərin xırda bir hissəsidir. Necə olur ki, “Bank of Azerbaijan” bu halları qəbul edir? Bu hadisələrdən Şəkidə hamının (kiçikdən-böyüyədək) xəbəri var, “Bank of Azerbaijan”ın rəhbərliyinin isə yox. Bu əməllər nə vaxta qədər ört-basdır olunacaqdır? Belə əməlləri ancaq mənəviyyatlarını pula satıb, erməni siyasətinə qulluq edən şəxslər müdafiə edər...
Xahiş edirik, Orxan Məmmədovun barəsində keçmişi nəzərə alınmaqla obyektiv və qanun çərçivəsində təbir görülməsinə müvafiq köməklik göstərəsiniz. Hörmətlə, Şəki sakinləri adından Toğrul Hüseynov Elmar Tağıyev Arif Rəsulov Tahir Səlimov İkram Niftəliyev Yaşar Qəhrəmanov Mahir İsmayılov İslam Yusifov Natiq Abbasov və başqaları”.
Qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Dünən, 11:18 |
|
|
|
|