Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                     Dövlətin dərmanları qara yollarla apteklərə verilir .....                     Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” .....                     İrəvan Bakının əsas tələbini qəbul etdi .....                     COP29-a qarşı çıxanlar kim idi? .....                     FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ .....                     Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb .....                     Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI .....                     Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu .....                     Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb .....                     Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı .....                     Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını .....                     ATƏT böhran içində, MQ isə “yaşayır” .....                     20 yaşlı qadın doğuş zamanı öldü .....                     ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı .....                     Ermənistan Bakıya nümayəndə göndərməməklə... .....                     “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” .....                     Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? .....                     Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. .....                     AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib .....                     Qərbin agent-provokatoru ifşa edildi .....                     Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri .....                     Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri .....                     "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" .....                 

QHT-DƏN XƏBƏRSİZ ONUN QANUNUNU DƏYİŞMƏK OLAR?
Tarix: 7-07-2012, 13:40 | Çap et
QHT-DƏN XƏBƏRSİZ ONUN QANUNUNU DƏYİŞMƏK OLAR?

QANUNU QHT SÜZGƏCİNDƏN NECƏ KEÇİRMƏLİ

“Ancaq 2 qanunun ictimai müzakirəsində iştirak etmişəm və gördüm ki, vaxtımı boş yerə sərf etmişəm. Adətən mən bütün mesajlarımı KİV vasitəsi ilə ötürürəm. Bu ən səmərəli yoldur”. Qeyri Hökümət Təşkilatlarının (QHT) qanunların qəbulunda iştirakının vəziyyətinə münasibət bildirən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova belə deyir. Əzizova deyir ki, ümumiyyətlə ictimai müzakirələr formal xarakterli tədbirlərdir. “Bildirək ki, demokratik idarəetmədə istər qərarların qəbulunda istərsə, icrasında QHT-lərə xüsusi rol verilir. Bununla da idarəetmədə vətəndaş cəmiyyətinin iştirakı təmin edilir”,-deyə o bildirdi.

Avropa Şurası Nazirlər Kimitəsinin “Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında” tövsiyyəsndə göstərilir ki, bütün səviyyələrdə dövlət və kvazidövlət mexanizmləri dövlət siyasətinin məqsədləri ilə və dövlət siyasətinə dair qərarlarla bağlı dialoq və məsləhətləşmələrdə QHT-lərin ayrıseçkilik qoyulmadan səmərəli iştirakını təmin etməlidir. Belə iştirak cəmiyyətin fəaliyyəti ilə bağlı insanların fikir müxtəlifliyinin azad ifadəsini təmin etməlidir. Bu iştiraka və əməkdaşlığa rəsmi məlumatların müvafiq qaydada açıqlanmasını və ya əlçatan olmasını təmin etmək vasitəsilə şərait yaradılmalıdır.

Qeyd edək ki, Milli Məclisdə bəzi qanun layihələri, o cümlədən “İnformasiya əldə etmək haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” Qanunlara dəyişikliklər barədə layihələr QHT təmsilçilərinin də daxil olduğu işçi qruplar tərəfindən hazırlanıb. Bundan başqa, “Damazlıq heyvandarlıq haqqında”, “Arıçılıq haqqında”, “Atçılıq haqqında” qanun layihələri müvafiq profil üzrə QHT-lərin yaxından iştirakı ilə hazırlanıb. Ancaq QHT rəhbərləri bunu yetərli saymırlar. Onların sözlərinə görə, ümumiyyətlə 2005-ci ildən sonra bu ənənədən uzaqlaşılıb. Millət vəkili Fazil Mustafa deyir ki, Azərbaycanda cəmiyyətin hər hansı təbəqəsinin fikrini soruşmaq ənənəsi yoxdur: “Ölkədə olan problemlərin admnistrativ üsullarla həllinə üstünlük verilir. Ona görə də, nə QHT-lərin, nə də siyasi partiyaların fikirləri nəzərə alınmır”.

Mustafa hesab edir ki, əgər QHT-lərin rəyləri nəzərə alınsa, bir sıra mənfi hallar aradan qalxar: “İnanmıram ki, hansısa, ağlı başında olan QHT dəniz sahilinin hasarlanmasına, yollara bu qədər pul xərclənməsinə müsbət yanaşacaq. İçtimaiyyətin rəyi olsa bunlar baş verməz”.

Millət vəkili deyir ki, əgər belə bir ənənə başlasa, bunu müsbət qiymətləndirəcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə bildirir ki, Milli Məclisdə QHT-lərin maraqları dairəsində olan qanunların qəbulu ilə əlaqədar QHT nümayəndələri komitə iclaslarına dəvət edilir və müzaklirələrdə aktiv iştirak edirlər: “Yeni qanun layihələrinin müzakirəsi, qanunlara əlavə və dəyişikliklərlə bağlı müzakirələrdə QHT təmsulçilərinin dəyərli təklifləri dinlənilir və müzakirə edilir. Belə hesab edirəm ki, QHT-lərlə əməkdaşlıq və dialoq daha geniş tərkibdə və davamlı olmalıdır. Bu əməkdaşlıq cəmiyyət və dövlət üçün çox önəmlidir”.

Həm deputat, həm QHT rəhbəri

Məlum olduğu kimi hal-hazırda bir neçə QHT rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasının prezident Elxan Süleymanov, “Azərbaycan Dil Qurumu” İctimai Birliyinin sədri Sabir Rüstəmxanlı, “Lider Qadınlar” İctimai Birliyi sədri Məlahət İbrahimqızı, Vətəndaş Hüquqları Müdafiə Fondu rəhbəri Rəbiyyət Aslanova, Azərbaycan Hüquqşünaslar Konfederasiyası prezident Əli Hüseynli və başqaları eyni zamanda Milli Məclis deputatı olaraq qanun layihələrinin hazırlanmasında, müzakirəsində iştirak edirlər. Bu vəziyyəti QHT-lərin qanun yaradıcılığında iştirakı kimi qiymətləndirmək olarmı? Hüquqşünas Ələsgər Məmmədli bu barədə deyir: “ Təəssüf ki, bizdə bəzi deputatlar fərqinə varmadan QHT yaradırlar, onun rəhbəri kimi çıxış edirlər və dövlətin donor təşkilatından - konkret, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə yardımı alırlar. Deputat bir siyasi fiqurdur və bir dövlət qurumunun üzvüdür. O, həm də qeyri-hökumət təşkilatında necə ola bilər? Həm hakimiyyətin bir qolunda təmsil olunmaq, həm də qeyri-hakimiyyət sektorunda iştirak bir-biri ilə təzad təşkil edir. Yaxud, deputat ola-ola dövlətin qeyri-hökumət təşkilatları üçün ayırdığı büdcədən necə vəsait almaq olar? Bəlkə də o deputatlar ölkədən kənar donorlardan maliyyə vəsaiti cəlb edə bilsələr, bunu qəbul etmək olar. Bundan başqa, bu cür fəaliyyət bir növ korrupsiya halıdır. Deputat donor təşkilatını təhdid edə bilər ki, mənim təşkilatıma pul ayırmasan, sənin fəaliyyətini parlamentdə çıxışımda tənqid edəcəm. Ona görə də bu məsələnin ciddiyə alınmasına ehtiyac var. Adam iki sahədən birini seçməlidir, ya deputatlıq, ya da QHT rəhbəri”.

Qənizadə isə hesab edir ki, QHT rəhbərinin parlamentdə təmsil olunması olduqca önəmlidir: “Biz parlamentdə QHT sektoru ilə dövlət arasında bir növ körpü rolunu oynayırıq. Eyni zamanda QHT-lərin mövqeyini müdafiə edirik. Misal üçün, Azərbaycan Respublikasının 2012-ci il üçün Dövlət Büdcəsi müzakirə edilərkən millət vəkili Azay Quliyev və mənim təkidli və əsaslı çıxışlarımızdan sonra QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaiti bir qədər artırıldı. Biz parlamentdə həm də ayrı-ayrı vətəndaşları qəbul edir, onların hüquqlarını qoruyur, müxtəlif problemlərin həllində onlara köməklik göstəririk. QHT rəhbəri və həm də deputat olmaq nə qədər çətin olsa da, belə hesab edirəm ki, bu iki iş bir-birinə mane ola bilməz”.

Xatırladaq ki, Çingiz Qənizadə eyni zamanda Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir.

Millət vəkili Fazul Mustafa da deputatın həm də QHT rəhbəri olmasını müsbət qiymətləndirməsə də, paralel vəzifə bölüşən vəziyyətlərdən təhlükəsiz olduğunu deyir.

QHT-dən xəbərsiz onun qanunu dəyişmək olar?

Avropa Şurasının yuxarıda qeyd olunan tövsiyyəsində göstərilir ki, QHT-lərin statusuna, maliyyələşdirilməsinə və ya fəaliyyət sahəsinə aidiyyatı olan əsas və yardımçı qanunvericiliyin hazırlanması zamanı QHT-lərlə məsləhətləşmələr aparılmalıdır. Ancaq, Azərbaycanda bunun əksi olan təcrübə var. Belə ki, 2009-cu ildə QHT sektoru ilə məsləhətləşmədən, “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar)” haqqında qanuna dəyişikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisə təqdim olundu. Sözügedən layihədə üç müddəa daha ciddi narazılığa səbəb olub. Belə ki, layihədə QHT-lərin maliyyyələşməsinin 50/50-yə prinsipilə aparılması irəli sürülürdü. Yəni qrant layihələrinə ayrılan vəsaitin yalnız yarısı xarici donorlar vasitəsilə maliyyələşə bilər. Yerdə qalan hissə isə hökmən daxildən maliyyələşməlidir. Başqa bir tərəfdən, ölkə üzrə fəaliyyət göstərən QHT-lərin bölgələrin ən azı üçdə birində fəaliyyəti olmalıdır. Üçüncü müddəaya görə isə, fəaliyyəti qadağan edilən QHT təsisçisi 5 il müddətinə yenidən ictimai təşkilat yaratmaq hüququndan məhrum edilir. Ancaq, söügedən qanun layihəsi QHT sektorunun təpkisi ilə gündəlikdən çıxarıldı. Həmin vaxt layihənin keçməməsi üçün fəallıq göstərən, iqtisadçı-ekspert Qubad İbadoğlu təsdiq edir ki, qanun layihəsi barədə yalnız Milli Məclisə təqdim edildikdən sonra xəbər tuttular.

İbadoğlu xatırladır ki, sonradan QHT-lərlə sözügedən qanuna dəyişiklər barədə müzakirələr aparıldı: “Ancaq, bu gecikmiş addım idi. Layihə qanunvercilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunmadan qabaq müzakirə aparılmalı idi”.

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da xatırladır ki, QHT-lərin qanun qəbulunda iştirakına dair qayda nəzərdə tutan hər hansı birbaşa müddəa yoxdur: “Yalnız ayrı-ayrı qanunlarda ümumi qanunvericilik prosesində QHT -lərin iştirakını nəzərdə tutan normalar təsbit olunub. Məsələn, QHT-lər haqqında QHT-lərin qanunvericiliyin təkmilləşdirilməsi təklifləri ilə çıxış etmək hüququ nəzərdə tutulub. Bu normalar QHT-lərin həm də QHT qanunvericiliyində iştirakına imkan yaradır”.

Həsənov vurğulayır ki, bu normalar QHT qanunvericiliyinin dəyişdirilməsində QHT-lərin mütəq iştirak etməsini nəzərdə tutmur və bu barədə praktika da formalaşmayıb.

İştirak mexanizmi necə olmalıdır

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, qanun qəbulunda QHT-lərin iştirakı ilə bağlı müəkkəmməl mexanizmlərdən biri, ABŞ örnəyidir. Onun sözlərinə görə, bu proses 2 istiqamət üzrə həyata keçirilir: “Birincisi, büdcə və digər maliyyə işləri ilə bağlı qərarlarda mütləq QHT-lər iştirak edir. Bu məcburi qaydadır”.

Bayramov deyir ki, ikinci yol, ABŞ-da bir adət kimi formalaşıb: “Belə ki, qanun layihələri adətən Konqresə gəlmədən öncə, QHT-lərdən rəy və təkliflər alınır. Məsələn, Obamanın təklif etdiyi, “İcbari Sığorta” haqqında qanun qəbul olunmadan öncə 5 QHT-nin rəyi nəzərə alındı”.

QHT-lərin ictimai rolu

QHT- lərin oynadığı rol, daşıdığı funksiya əsasən ictimai xarakter daşıyır. Üzvlərin aktivliyindən və siyasi sistemdən asılı olaraq QHT-lər cəmiyyətin həyatında özəl sektorun və dövlətin icra etmədiyi və ya edə bilmədiyi bir çox funksiyaları yerinə yetirir. Bu funksiyaları aşağıdakı kimi xarakterizə etmək olar:

QHT-lər cəmiyyətdə, siyasi sistemdə alternativ strukturlar yaradır. Beləliklə, QHT-lər cəmiyyətdə əhəmiyyətli məsələlər barədə müzakirələrin artmasına, insanların öz bacarıqlarından daha səmərəli istifadə etməsinə, təşəbbüskarlığın artmasına, bütövlükdə demokratiya və plüralizmin inkişafına səbəb olan platforma rolunu oynayırlar;

QHT-lər özündə sosial institutların optimal fəaliyyətini ifadə edir. İctimai-siyasi və iqtisadi plüralizmin olduğu ölkələrdə QHT-lər dövlətin sosial siyasətində çatışmazlıqların tamamlayıcısı kimi çıxış edirlər. Belə hallarda dövlət orqanları QHT-lərlə əməkdaşlığa can atır, bəzi dövlətlərdə isə bu məqsədlə xüsusi dövlət orqanları yaradılır. Məsələn, 1983-cü ildə Fransada yaradılmış Milli Şura QHT-lər və dövlət arasında məşvərətçi rolunu oynayır. Bu orqan QHT-lərin inkişafı ilə bağlı məsələlərlə hökümətə təklif vermək hüququna malikdir;

QHT-lər öz fəaliyyəti ilə kifayət qədər inkişaf etməmiş dövlət orqanlarının fəaliyyətindəki çatışmazlıqları aradan qaldırır;

Bəkir Nərimanoğlu

“Bu yazı “Demokratiyanı Öyrənmə” İB tərəfindən Avropa Birliyinin dəstəyilə həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47
ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46
Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01
Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58
"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25
XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru