RUSİYADA ÖLƏNLƏRİN SAYI 50-YƏ ÇATDI
Tarix: 7-07-2012, 14:28 |
Çap et
SEL KRASNODARA DƏHŞƏTLƏRİ YAŞADIR
Rusiyanın Krasnodar diyarında daşqın qurbanlarının sayı 50-yə çatıb.
Bununla yanaşı, son məlumatlara görə, təkcə Krım rayonunda 39 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyinə DİN-in diyar üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəisi İqor Jelyabin məlumat verib.
"Krım rayonunda 39 nəfər həlak olub", - o bildirib.
Bir az əvvəl Gəlincikdə 9, Novorossiyskdə isə iki nəfərin həlak olduğu bildirilmişdi.