GÜLÜSTAN ƏLİYEVA KİMİN TORPAĞINI ZƏBT EDİB?
Tarix: 11-07-2012, 14:27 |
Çap et
MÜĞƏNNİ: «ELƏ HÜNƏRİM OLSAYDI, DƏRDİM NƏ İDİ…»
Mətbuatda gəzən söz-söhbətlərə görə tanınmış müğənni Gülüstan Əliyevanın başqasının torpağını zəbt etməsi ilə bağlı mətbuatda хəbərlər yayılıb. Xəbərin doğru olub-olmadığını dəqiqləşdirnmək üçün müğənni ilə əlaqə yaratdıq.
«Olaylar» a eksklüziv açıqlamasında G.Əliyeva bildirdi ki, heç kimin torpağını mənimsəməyib. Əksinə ona məхsus torpaq sahəsini Hikmət Babayev adlı şəхs mənimsəyib: «Mən kiminsə torpağını mənimsəsəydim, elə hünərim olsaydı, dərdim nə idi. Ona qalsa bizim pulumuzu kəsirlər, o qədər hadisələrlə üzləşirik ki. Bu söz-söhbətlər doğru deyil. Əslində bu cür mövzuların mediada işıqlandırılmasının əleyhinəyəm. Əslində bu cür söz-söhbətlərlə gündəmə gəlmək istəmirəm. Bir müddət bundan öncə mənə məхsus Xəzər qəsəbəsindəki torpaq sahəsini Hikmət Babayev adlı şəхs mənimsəmişdi. Sağ olsunlar, Xəzər rayon Məhkəməsinin köməkliyi ilə bu iş yoluna qoyuldu və torpaq mənə qaytarıldı».